Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

Bayramov və Mirzoyan Ceyk Sallivanla nədən danışıblar? (Video)


Ermənilər Ağdama gələ bilərmi? 'Rusiya humanitar problemin həllinə imkan vermir'
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Ermənilər Ağdama gələ bilərmi? 'Rusiya humanitar problemin həllinə imkan vermir'

Vaşinqton danışıqları haqqında Ermənistan XİN-in məlumatı

İyunun 28-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyanın ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla birlikdə üçtərəfli görüşü keçirilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-in mətbuat xidmətinə istinadla yazır ki, bu görüşdə bölgədə son günlərdə baş verən hadisələr müzakirə olunub.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüş zamanı deyib ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təminatı üçün Azərbaycan və Ermənistan arasında delimitasiya məsələsinə maksimum aydınlıq gətirilməsi zəruridir.

Mirzoyan vurğulayıb delimitasiya 1975-ci ilin xəritəsi və Almatı bəyannaməsi əsasında aparılmalı, qoşunlar sərhəd xəttindən çəkilməlidir.

Məlumatda deyilir ki, danışıqlar zamanı regional infrastruktur və kommunikasiyaların açılmasının, suverenlik, yurisdiksiya və qarşılıqlığın alternativsizliyi vurğulanıb.

Mirzoyan bu görüş zamanı diqqəti Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı məsələsinə çəkib.

Mirzoyan son hadisələrdən danışıb

Nazir “Azərbaycanın Qarabağdakı son aqressiv hərəkətindən” və bunun nəticəsində “Dağlıq Qarabağ müdafiə ordusunun 4 hərbi qulluqçusunun həlak olmasından” danışıb.

Mirzoyan bildirib ki, belə hərəkətlər danışıqlar prosesinə yönəlik səylərin sarsıdılması məqsədi güdür və bu səbəbdən güc və təhdidlərin tətbiqi istisna edilməlidir.

Nazirin sözlərinə görə bütün bu hadisələr Azərbaycanın Laçın dəhlizini bağlaması nəticəsində Qarabağda humanitar böhranın davam etdiyi vaxta təsadüf edir. Mirzoyan vurğulayıb ki, dəhlizin bağlanması, habelə bölgəyə verilən qaz və elektrikin kəsilməsi Azərbaycanın Qarabağda “etnik təmizləmə” məqsədi güddüyünü göstərir.

Qarabağdakı separatçılar Azərbaycan Silahlı Qüvvələrinin iyunun 28-nə keçən gecə Xocavənd və Ağdərədəki erməni mövqelərini artilleriya atəşinə tutduğunu, eləcə də dronlardan istifadə etdiyini bildirir. Məlumata görə, erməni tərəfdən 4 nəfər həlak olub.

Separatçılar atəşkəs rejimini guya erməni bölmələrinin pozması haqda Azərbaycan Müdafiə Nazirliyinin yalan məlumat yaydığını iddia edir. Rejim azərbaycanlı hərbi qulluqçunun erməni tərəfin atəşindən ölməsi barədə məlumatı da “yalan” adlandırır.

Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

***

İyunun 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri çərçivəsində prezident Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

XİN-in bildirməsinə görə, görüşdə eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib:

“Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb”.

İyunun 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmüşdü. Daha sonra onların arasında üçtərəfli görüş olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında" ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun iyunun 29-na qədər davam etməsi nəzərdə tutulub.

Vaşinqtonda nazirlərin bundan əvvəlki danışıqları mayın 1-4-də baş tutub.

Onda bildirilmişdi ki, saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG