Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Ver pulunu, de sözünü...


Natiq Cəfərli: "Qapı-qapı gəzirik"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

►Kimi qapı-qapı gəzir, kimi broşür paylayır, kimi də sosial mediadan istifadə edir...

Deputatlığa namizədlərin hərəsi bir cür seçicilərlə görüşüb, təşviqatını qurmağa çalışır.

Namizədlərin təşviqat üçün televiziyadan yararlanmaq şansları var. Lakin yeni Azərbaycan Partiyasından başqa digər partiyalar bu şansı itirib.

Çünki Seçki Məcəlləsinə görə ödənişsiz efir vaxtı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara ayrılacaq. YAP bu şansı qazansa da, könüllü imtina edib.

Digər partiyalarsa efirdə təşviqat aparmaq üçün pul ödəməlidir. Özü də 1 dəqiqəsinə azı 1416 manat.

Necə deyərlər: ver pulunu, de sözünü...

MƏHƏLLƏ-MƏHƏLLƏ, KÜÇƏ-KÜÇƏ

REAL hərəkatından deputatlığa namizəd Natiq Cəfərli deyir ki, müxalifət partiyalarının bu pulu ödəmək imkanları yoxdur. Heç özü də bu imkandan yararlanmayacaq.

Bəs pulu olmayan partiyalar təşviqatı necə quracaqlar?

Natiq Cəfərli bildirir ki, hərəkat namizədləri üçün flayerlər, plakatlar çap edirlər. Onlar həm də məhəllə-məhəllə gəzib seçicilərlə görüşəcəklər.

“Namizədlərimizin qeydə alındığı dairələri məhəllə-məhəllə, küçə -küçə gəzməklə təşviqatımızı aparacağıq. Səhərdən axşama qədər insanlara danışmaqla işimizi qurmuşuq. Nə qədər çox insanla görüşüb, əlini sıxa bilsək, insanlarda seçkilərin əhəmiyyəti barədə fikirlər daha yaxşı formalaşacaq.”

QİYMƏTLƏR 10 DƏFƏ ARTIB

Natiq Cəfərli kimi bir çox namizəd pulsuz efir vaxtından əlini üzüb, öz üsulları ilə təşviqata başlasa da, efirdən seçicisinə ödənişsiz səslənə biləcəyinə ümid edənlər də var.

Müsavat başqanı Arif Hacılı pulsuz efir vaxtı istəyilə MSK sədri Məzahir Pənahova müraciət edib. O deyir ki, pulsuz efir vaxtının verilməməsi bərabərhüquqlu təbliğat imkanları prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Arif Hacılı təşviqat prosesindən danışır
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Təşviqatlarını necə qurmaq məsələsinə gəlincə:

“Mövcud imkanlar çərçivəsində MSK və hakimiyətdən pulsuz efir vaxtının ayrılması və diskussiyaların təşkil eldilməsi tələblərimizi davam etdirəcəyik. Sosial şəbəkə üzərindən, saytlardan, eləcə də seçicilərlə təmasla öz mesajımızı çatdırmağa çalışacağıq. Efir vaxtının qiyməti 2005-ci illə müqayisədə 10 dəfə artıb. İndiki qiymətlər çərçivəsində Müsavat Partiyasının pullu efirdən istifadə etmək imkanı yoxdur.”

PULUN YOXDURSA, NAMİZƏD OLMA...

2008-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərində könüllü olmuş ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, namizədlərin maliyyə azlığıdan gileylənməsi doğru deyil. Bildirir ki, namizədlərin əsas göstəricilərindən biri onun öz seçki fonduna nə qədər pul toplaya bilməsidir:

“Kimsə seçki təbliğatı üçün pulunun yoxluğundan gileylənirsə, bu o deməkdir ki, onun kifayət qədər tərəfdarı, dəstəkçisi yoxdur. Bu halda niyə seçkiyə gedir? Qərbdə bir çox namizəd özünün uğur göstəricisi kimi topladığı maliyyə vəsaitlərini göstərir ki, mənim seçki kampaniyama bir milyon insan ianə verib, hərəsi 20 dollar verib və s.”

Keçmiş namizəd: "Pulun yoxdursa, namizəd olma"
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Bəxtiyar Hacıyev parlament seçkilərinin prezident seçkilərindən fərqləndiyini də deyir:

“Əgər ümummilli kanalda ödənişli efir vaxtından istifadə edilirsə, 40 min seçici üçün bunu etmək pul israfıdır. Məsələn, Yasamal rayonundakı dairədən bir namizəd öz mesajını efirdən çatdırırsa, bunu digər rayonlardan da izləyirlər. Lakin ona səs verə bilmirlər.”

Ötən seçkilərdə də Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya ödənişsiz efir hüquq qazanmamışdı. Lakin sonradan onlara bu hüquq verilmişdi.

MSK sədri Məzahir Pənahov yerli televiziyaya açıqlamasında bildirib ki, yetərli sayda namizədi qeydə alınmayan partiyalara ödənişsiz efir vaxtı verilməyəcək.

MSK sədri fikirlərini əsaslandıraraq deyib ki, ötən seçkilərdə namizədlərə verilən pulsuz efir vaxtında onlar öz platformalarını seçicilərə çatdırmaq əvəzinə təhqirə yol veriblər. Həm belə halların olmaması üçün, həm də namizədlərin çoxluğu nəzərə alınaraq bu il onlara pulsuz efir verlməyəcək.

(Keçmiş namizəd Bəxtiyar Hacıyevdən təşviqat metodları ilə bağlı tövsiyələr)

Keçmiş namizəd təşviqatla bağlı təkliflər edir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XS
SM
MD
LG