Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Senat Rusiya qaz kəmərinə yeni sanksiyalar barədə qərar qəbul edib


ŞimalAxını2 kəmərinin tikintisində
ŞimalAxını2 kəmərinin tikintisində

ABŞ Senatı dekabrın 17-də Rusiydan Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən qaz kəmərinin tikintisində iştirak edən şirkətlərin üzərinə sanksiyalar nəzərdə tutan qanunvericilik aktını böyük səs çoxluğu ilə qəbul edib.

Senatın bu hərəkətinin bu kəmərdən qaz almağı planlaşdıran Avropa ölkələri tərəfindən tənqid ediləcəyi gözlənilir.

Senat qanun layihəsini 86 leyhinə, 8 əleyhinə nisbəti ilə qəbul edib.

Müdafiə xərcləri büdcəsinin bir hissəsi olan bu qanun layihəsi ötən həftə böyük səs çoxluğu ilə Nümayəndələr Palatasında qəbul edilmişdi.

Yeni sanksiyalardan məqsəd ümumi dəyəri 10, 6 milyard dollar olan ŞimalAxını 2 kəməri tikintisinin başa çatdırılmasının qarşısını almaqdır.

İldə 5 milyard kubmetr qaz nəql edəcək kəmərin tikintisi 80 faiz başa çatıb. Kəmərin artıq gələn ilin əvvəllərində istismara veriləcəyi gözlənilir.

ABŞ millət vəkilləri bildiriblər ki, bu kəmər Moskvaya milyardlarla dollar qazandıracaq və prezident Vladimir Putinin Avropadakı təsir gücünü artıracaq.

Bu qanun layihəsinin qəbulundan dərhal sonra, dekabrın 12-də Ukrayna prezidenti Volodymyr Zelenskiy Birləşmiş Ştatlara minnətdarlığını bildirmişdi.

Ukrayna ŞimalAxını 2 layihəsinin əleyhinədir, çünki kəmər onun ərazisindən yan keçərək Ukrayna tranzitinin əhəmiyyətini azaldacaq.

Ukrayna hazırda Avropaya nəql edilən Rusiya qazına görə tranzit haqqı kimi ildə 2 milyard dollar qazanır.

Kiyevdə ŞimalAxını2 layihəsinə qarşı etirazlardan birində
Kiyevdə ŞimalAxını2 layihəsinə qarşı etirazlardan birində

Lakin Almaniya bu qanun layihəsini tənqid etmiş, onu “xarici müdaxilə” adlandırmışdı.

Almaniya-Rusiya Ticarət Palatası ötən həftə ŞimalAxını 2 kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün töhfə olduğunu bəyan etmiş və bildirmişdi ki, ABŞ-ın bu qanun layihəsinə cavab sanksiyaları qoyula bilər.

Qanun layihəsindəki sanksiyalar əsasən dənizin dibi ilə boru düzən şirkətləri hədəfləyir.

Rusiyanın özü dəniz dərinliyində boru düzən texnologiyalara malik deyil və bu işin görülməsi üçün İsveçrədə mənzillənmiş Allseas şirkəti ilə kontrakt bağlayıb. İndi məhz bu şirkət ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

XS
SM
MD
LG