Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:27

İlahiyyatçının məhkəməsində gərginlik yaranıb [yenilənib]


İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu

İlqar İbrahimoğlu sərbəst buraxılıb

Bu gün, martın 16-da Şirvan şəhərində saxlanan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlu və daha 3 nəfər dindarlar sərbəst buraxılıb.

* * *

İlqar İbrahimoğlu, Şirvan şəhərində başlarına gələnləri belə nəql edib.

“Şirvana ruhani qardaşımız Sərdar Babayevin məhkəməsinə görə, gəlmişdik. Onun bundan əvvəl keçirilmiş məhkəmələrində də yaxından iştirak etmişik. Bizim ondan narahat olmağımız təbiidir. Ona dəstək olmaq ruhani kimi mənəvi borcum idi. Digər tərəfdən mən hüquq müdafiəçisiyəm, bu sahədə davamlı olaraq illərdir ki, monitorinqlər aparıram. Həm də dini məzmunlu “Dəyərlər.” portalının baş redaktoruyam”, deyən İlqar İbrahimoğlu bir dindarın məhkəməsinə qatılmaq istəmələrinin olduqca təbii olduğunu ifadə edib.

Ancaq deməsinə görə, onların məhkəmə prosesini yaxından izləmələrinə imkan verilməyib:

“Biz onsuz da prosesin qapalı olduğunu bilirdik. Şəhərə yaxınlaşanda gördük ki, məhkəmə yaxınlığındakı yollar bağlanıb. Dayanıb gözlədik, məhkəməyə getməkdən ötrü yolu öyrənmək istədik. Bu zaman bizə formalı şəxslər yaxınlaşdılar. Onlara gəlişimizin məqsədini anlatdıq. Ardınca, bizi polis idarəsinə apardılar. Orda 5 saata yaxın saxlandıq”.

Buna da bax:​ Masallı rayonunda ilahiyyatçı həbs edilib

İlqar İbrahimoğlu polisdə onlarla rəftarın normal olduğunu deyib.

“Davranış normal idi. Hərəkətlərindən də anlayırdıq ki, saxlanmamız onların təşəbbüsü deyil. Bizə namaz qılmamağa şərait yaradıldı. Saat 11-ə qalmış polisə aparılmışdıq, bizimlə saat 3-də görüş oldu. Yenə də Şirvana gəlməmizin səbəbi barədə soruşdular. İzahat verdik, sonra mədəni şəkildə ayrıldıq”, deyən İlqar İbrahimoğlu saxlanmalarına görə narahat olan beynəlxalq qurumlara, səfirliklərə, jurnalistlərə təşəkkür edib.

* * *

DEVAMM-dan deyiblər ki, İ.İbrahimoğlu Şirvan şəhərinə Masallıda həbs olunmuş dindar Sərdar Babayevin apellyasiya məhkəməsində iştirak etməkdən ötrü gedib.

İ.İbrahimoğlu və onunla birlikdə olan daha 3 nəfər dindar polisə aparılıb. Hazırda onlardan xəbər yoxdur. Dindarların telefonlarına zəng çatmır.

Şirvan rayon Polis Şöbəsindən İ.İbrahimoğlunun və digər dindarların saxlanması barədə detallı bilgi verməyiblər. Növbətçi hissədən yalnız polisə gətirilənlərin olduğunu, onların fərdi söhbətdən sonra sərbəst buraxılacağı bildirilir.

Şöbənin növbətçi hissəsindən detallı informasiya almaqdan ötrü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət etməyi tövsiyə ediblər. Ancaq DİN-dən məlumat almaq mümkün olmayıb.

Buna da bax:​ Taleh Bağırovun tərəfdarına 10 sutka

Sərdar Babayev
Sərdar Babayev

Məhkəməyə gedən yol bağlanıb

Bu gün, martın 16-da Şirvan Apellyasiya Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin məhkəmə prosesi zamanı gərginlik yaşanıb. Bunu AzadlıqRadiosuna vəkil Cavad Cavadlı bildirib.

Vəkil deyib ki, Şirvan şəhər polisi məhkəməyə gedən yolu bağlayaraq heç kəsi ora buraxmaq istəməyib: «Mən S.Babayevin vəkili olmama baxmayaraq, məni də buraxmaq istəmirdilər. Sonradan başa düşdülər ki, bu mümkün məsələ deyil. Məni polis xüsusi maşınla məhkəmə binasının önünə gətirdi».

Məhkəmə prosesinə gəlincə C.Cavadlı deyib ki, prosesdə onların şikayəti təmin edilməyib. Bununla da birinci məhkəmə instansiyasının qərarı qüvvədə qalıb.

Amma vəkilin deməsinə görə, gərginlik bununla aradan qalxmayıb. Məhkəmə prosesindən çıxdıqdan sonra vəkil prosesi izləməyə gələn Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlunun saxlandığını öyrənib: «Mən polis idarəsinə getmək istəsəm də, buna icazə vermədilər. Maşınımızı saxlayaraq demək, olar ki, bizi şəhərdən çıxmağa məcbur etdilər».

Buna da bax-'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

C.Cavadlı bunu belə qeyd edib ki, polislərlə əlaqə saxlaya bilib. Ona yaxın saatlarda İ.İbrahimoğlunun sərbəst buraxılacağını deyiblər.

Üstəlik, prosesi izləməyə gələn jurnalistlərə də kobud müdaxilə olduğu bildirilir.

Məsələyə, hələlik, Şirvan şəhər Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham verilib.

Buna da bax:​ Vəkil təcridxanadakı ilahiyyatçı ilə görüşüb

S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək tənqidi fikirlər səsləndirib.

XS
SM
MD
LG