Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Ərəb şeyxləri kimdən icazə alıb ov edir?


Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [Arxiv]

►Ekologiya Nazirliyi ərəblərin ov niyyətindən mətbuatdan xəbər tutub.

"Kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazidə ov edə bilərlər”

Zəngin ərəb şahzadə və şeyxləri yenə də Azərbaycandadırlar. Onların bu dəfə düşdüyü rayonun Saatlı, ov etdikləri ərazinin Sarısu gölünün ətrafı olduğu bildirilir. Saatlı sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

“Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə adını açıqlamayan rayon sakini bildirib.

Ərəb zənginlərinin ov əyləncəsi üçün seçdikləri iddia olunan Sarısu Azərbaycanın ən böyük göllərindən biridir. Ərazi Sarisu ovçuluq təsərrüfatına baxır. Faunası balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa, buradakı əlverişli şərait hər il 300-350 min quşun (ördək, qaşqaldaq, qaz, sultantoyuğu, boz vağ) qışlamasını təmin edir.

Buna da bax: Məhkəmə nurçulara "yox" dedi

Nazirlik xəbərsizdir

Telman Zeynalov
Telman Zeynalov

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərəb şeyxlərinin ov niyyəti barədə yerli mətbuatdan xəbər tutub. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, faktla bağlı araşdırma aparıb nəticəsi barədə ictimaiyyətə məlumat verəcəklər.

Ekoloq Telman Zeynalov deyir ki, xarici ölkə vətəndaşları Azərbaycanda ov etmək istəyərlərsə, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər: “Özü də kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazidə ov edə bilərlər”.

Telman Zeynalov deyir ki, ovçuluq təsərrüfatları ərazidə ov etmək üçün icazə verə bilməzlər. Ekoloqun sözlərinə görə, ov mövsümünün başlanması ilə bağlı elanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir.

Buna da bax: “Natiq Cəfərli 50 min manat ödəməlidir”

Adambaşına 2 dovşan, 6 cüllüt...

Nazirlik bu il iyunun 1-də saytında bildirib ki, Azərbaycan ərazisində 2015-2016-cı illər üçün ov mövsümü 30 may 2015-ci il tarixindən etibarən açıq elan edilib. Ancaq nazirlik ovlanacaq heyvan və quşlarla bağlı, eyni zamanda ov yerləri ilə bağlı məhdudiyyət qoyub.

Məsələn, noyabrın 14-dən gələn il yanvarın 9-na kimi Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı ərazilərində adambaşına 2 dovşan ovlamaq olar.

Oktyabr-noyabr aylarında ovçuluq təsərrüfatlarında adambaşına 6 cüllüt, fevralın 20-nə qədər adambaşına 1 qaz, 4 ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla), 6 qaşqaldaq ovlamağa icazə var.

Nazirlik bildirir ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Ərəb şeyxlərinin ov etdiyi iddia olunan Saatlıdakı Sarısu Ovçuluq Təsərrüfatı ilə əlaqə saxlamaq cəhdləri alınmadı.

XS
SM
MD
LG