Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...' [media icmalı]


"Bürokratiya". Şerif. Karikatura
"Bürokratiya". Şerif. Karikatura

Ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, bank sistemindəki problemlər və əhalinin əsas sosial qruplarının vəziyyəti (şənbə, 9 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Bankların kredit qoyuluşu azalır, problemli kreditlər artır...

Novoye Vremya” qəzetində “Bank sektoru idarəolunmanı itirir?” sualı gündəmə gətirilir.

Yazıda bildirilir ki, Azərbaycanda bank böhranı sistemli hal alıb.

Müəllifin fikrincə, bu günlərdə bəzi bankların xarici valyuta əmanətləri üzrə faizləri azaltması isə bütün sistemin imicinə zərbə olub: “Bankirlərin belə düşünülməmiş siyasətləri ona gətirib ki, bu il noyabrın 1-nə banklara əmanət qoyulması 2,3 faiz azalıb. Bu hesabat dövründə 7 milyard. 280,1 milyon manat təşkil edib”.

Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]

Manat
Manat

Müəllif vurğulayıb ki, əhalinin kreditləşməsi də azalmaqdadır. Belə olan halda isə bankların necə pul qazanacaqları sual doğurur.

Yazıda hesab edilir ki, bu hal Azərbaycanın bank sistemində böhranın sistemli olmasının daha bir göstəricisidir:

“Bu il noyabrın 1-nə bankların iqtisadiyyata kredit qoyuluşu 11 milyard. 731,9 milyon manat olub. Oktyabr ayında kredit qoyuluşu 253 milyon manat və ya 2,12 faiz azalıb. 2016-cı ilin eyni dövrüylə müqayisədə 2017-ci ildə bu azalma 23,6 faiz və ya 3 milyard 614,8 milyon manat təşkil edib”.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Müəllifə görə, banklar indiki halda “güc-bəla” ilə mövcudluqlarını saxlayırlar.

Yazıda vurğulanır ki, yüksək faizlər 10 illərlə banklara irihəcmli xeyirlər gətirib. Sonra isə bu bankların “baş bəlası” sayılan problemli kreditlərlə nəticələnib:

“Artıq, vaxtı keçmiş kreditlərin ümumi həcmi 1889,6 milyon manatdır. Aylıq müqayisədə bu kateqoriya kreditlərin həcmi 32,5 milyon, ilin əvvəlindən 417 milyon manat, illik müqayisədə isə 514 milyon manat artıb. Problemli kredit ümumi kredit portfelinin 15,55 faizini təşkil edir”.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

“Hər il boşananlar artır, nikaha girənlər azalır...”

Azadlıqinfo.az” saytında “Gender bərabərliyi, yoxsa korrupsiya?” sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Azərbaycanda hakimiyyətin yalanları “ənənə” halını almaqdadır:

Arxiv fotosu
Arxiv fotosu

“Azərbaycan hakimiyyəti bir “ənənə” yaradıb və rejimin qazanından qidalananlar bu “ənənə”nin alovlu təbliğatçısına çevriliblər. Bu ənənə yalanla bağlıdır. Artıq, yalan danışmaq, tənəzzülü tərəqqi kimi təqdim etmək adi hala çevrilib və kompleks yaratmır”.

Buna da bax: 'Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq' [video]

Yazıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın Parisdə təşkilatın gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin iclasındakı çıxışı üzərində dayanılır.

Müəllifin qeyd etməsinə görə, S. Qafarova da digər həmkarları kimi Azərbaycanda uğurlu işlərdən söhbət açıb. Uşaqlara diqqətdən, qayğıdan, gender bərabərliyindən danışıb.

Buna da bax: Demokratiya İndeksi: Azərbaycan 148-ci yerdədir

Yazıda xatırladılır ki, Azərbaycanda əhalinin əsas sosial- demoqrafik qrupları üzrə yaşayış minimumunun ölçüsü əmək qabiliyyətli əhali üzrə 183, pensiyaçılara 144, uşaqlardan ötrü isə 154 manat təşkil edəcək.

“Vətəndaşın qəpik-quruşla sınağa çəkildiyi, qanunların kağız parçasına çevrildiyi, vətəndaşın səsinin saxtalaşdırıldığı ölkədə hansı inkişafdan, azadlıqdan, gender bərabərliyindən danışmaq olar?”.

Buna da bax: 'Qadınların qul bazarı'

Müəllif hesab edir ki, uşaqlara qayğıya gəlincə isə, Azərbaycan bu sahədə qonşu ölkələrdən də geri qalır:

«“Uşaqpulu” ləğv olunub, dünyaya uşaq gətirmək 1000-1500 manat vəsait tələb edir. Hər il statistik rəqəmlər boşanmaların artdığını, nikaha girənlərin sayının azaldığını göstərir».

Yazıda vurğulanır ki, 2.5 milyon nəfərin “kredit bataqlığında çabaladığı” ölkədə sosial müdafiədən, diqqət və qayğıdan danışmaq düzgün deyil:

Buna da bax: Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır

“Məmurların milyarderə çevrildiyini, minimum əməkhaqqının 68 dollar olduğunu, hakimiyyətin korrupsiya çempionluğunu və 10-larla insanın şərlənərək həbsə atıldığını bütün dünya bilir…”

Əmək münasibətləri rəsmiləşdirilir

Azərbaycan” qəzetində “Dövlətin məqsədi vətəndaşların əmək hüquqlarının müdafiəsini gücləndirməkdir” sərlövhəli yazı diqqət çəkir.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Yazıda “Azadlıqinfo.az” saytında səslənən fikirlərə əks arqumentlər yer alır.

Müəllif vurğulayır ki, Azərbaycan dövləti vətəndaşın maddi rifahının, gəlirlərinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edən sosial yönümlü siyasət yürüdür:

İlham Əliyev Gəncədə...
İlham Əliyev Gəncədə...

“Məhz belə addımların sayəsində son 10 ildə minimum əməkhaqqının səviyyəsi 3,5, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3, əmək pensiyalarının baza hissəsi 3,1, orta aylıq pensiya 4,7 dəfə artıb. Yoxsulluğun səviyyəsi 6, işsizliyin səviyyəsi 5 faizdən aşağı düşüb”.

Buna da bax: «Bütün günü iş gözləyirik»

Yazıda qeyd edilir ki, bu müsbət fonda işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmaması, vergidən yayınmaq kimi neqativ hallar da yaşanır:

“Maaşlarının bir qisminin rəsmiyyətdə gizlədilməsinə razılıq verənlər isə hansı imtiyazları itirdiklərini, gələcək təqaüd təminatlarına, xəstəliklə bağlı bülletenə çıxarkən büdcələrinə necə zərbə vurduqlarını anlamırlar”.


Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

Müəllif hesab edir ki, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətidir.

Yazıda vurğulanır ki, dövlət başçısı İlham Əliyevin 2017-ci ilin martında imzaladığı “Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam da məhz bu problemləri əhatə edir.

Buna da bax:

1000-dən çox iş yeri açıldı - ördəklər üçün
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

XS
SM
MD
LG