Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

Partlayış baş verən yataqxana sakini: 'İki həftədir çadırda qalmışıq'


Sumqayıtdakı köçkün yataqxanasında partlayışdan sonra.
Sumqayıtdakı köçkün yataqxanasında partlayışdan sonra.

"İki həftədir çadırda qalırıq, sanki bu ölkənin vətəndaşları deyilik. Məmurların üzünü bircə dəfə gördük – gətirib çadır paylayanda... Vəziyyətimiz olduqca ağırdır. Yayın istisində Sumqayıtın mərkəzində bir dəstə sahibsiz kimi Allahın mərhəmətinə sığınıb günümüzü keçiririk".

Onkoloji xəstə olan Cəvahir Səlimova iki azyaşlı övladı ilə çadıra sığınıb. Sumqayıtda bu il avqustun 5-dən çadıra sığınan təkcə o deyil. Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsindəki tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğından sonra onlarla ailəyə çadır paylanıb ki, müvəqqəti başlarını saxlasınlar.

Buna da bax:​ Yanan yataqxananın sakinlərinə çadırlar quraşdırılıb

“BURDA DA ADAM YAŞAYAR?”

Yataqxanada 25 ildən çoxdur ki, məcburi köçkünlər məskunlaşıb. Onlar binanın qəzalı vəziyyətdə olması üzündən buradan köçürülmələri üçün ayrı-ayrı vaxtlarda hökumətə müraciət ediblər. Cəvahir Səlimova deyir, binaya dəfələrlə müxtəlif qurumlardan baxış keçirilib:

"Hər dəfə gəlirlər, başlarını bulayırlar, "burda da adam yaşayar" deyib gedirlər. Bu da nəticəsi... Biz bilirdik ki, axırımız faciə olacaq. Qəzalı elektrik məftilləri qış aylarında dəfələrlə alışıb. Özümüzün ayıq-sayıqlığıyla faciənin qarşısını almışıq. Bu dəfə olmadı. Evimiz, avadanlıqlarımız – hamısı alışdı. Hökumət nümayəndələri bizi çadırla təmin edib getdi, o vaxtdan heç kəs gəlib maraqlanmır".

Buna da bax:​ Köçkünlər: ‘Əli Həsənov nəcis anbarına çevrilən zirzəmini görmədi...’

22 AİLƏ ÇADIRDA QALIR

Cəvahir Səlimova onkoloji xəstə olduğundan, üstəlik də iki azyaşlı ilə təkbaşına qaldığından ona ikiqat çətin olduğunu deyir.

114 ailədən 22-nin evinə ziyan dəydiyindən çadırlarda qalmağa məcbur olublar. Köçkün Nuridə Abbasova deyir, Sumqayıtın icra hakimiyyətinin başçısı Zakir Fərəcov yanğından sonra yataqxananın qarşısında quraşdırılan qərargaha gəlib. Evi yananlara söz verib:

"Gəldi, dedi, ‘müvəqqəti çətinlikdir, azca da dözün, dekabrın 15-də şəxsən özüm 12-ci mikrorayonda tikilən binadakı mənzillərinizin açarlarını gətirib sizə təqdim edəcəm’. Dözməkdən başqa çarəmi var? 25 ildir dözürük, 4 ay da dözərik..."

Buna da bax:​ Köçkün: 'Hökumət Pirsaatdakı 40 ailəni unudub'

“QISA MÜDDƏTDƏ DAŞINACAQLAR”

Köçkünlərə vəd olunub ki, 10 gün ərzində mənzilləri təmir olunacaq. Ancaq demələrinə görə, hələ də çadırdadırlar. İş orasındadır ki, köçkünlər yanan evlərindən nəinki əşyalarını, heç bir cüt başmaq da çıxara bilməyiblər.

Partlayışla müşayiət olunan yanğın yuxarı mərtəbələrdəki mənzillərə də zərər vurub. 4-cü mərtəbədə yaşayanlar bu barədə yerli icra hakimiyyətini məlumatlandırıblar.

Sumqayıt şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, yataqxananın 3-cü mərtəbəsində təmir-bərpa işləri sürətlə davam edir. Qısa müddətdə sakinlər çadırlardan binaya daşınacaqlar: "Fövqəladə Hallar Komissiyası zərər çəkmiş başqa evlərin də siyahısını tutub, yəqin ki, bir tədbir görüləcək".

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxananın üçüncü mərtəbəsində, elektrik şəbəkəsində yaranan qısaqapanmadan partlayış baş verib. Partlayış yanğına çevrilib. Hadisə nəticəsində 100 kvadratmetr sahə əşyaları ilə birlikdə tamamilə yanıb. 114 ailənin bir hissəsi təxliyə olunub.

Buna da bax:

Sumqayıtdakı yataqxanada yanğın [Video]
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

XS
SM
MD
LG