Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:55

Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'


Nardaran. Illüstrasiya.
Nardaran. Illüstrasiya.

“Taleh Bağırovun qəhrəmana çevriləcəyini düşünmək yanlışdır”.

“Əksinə, yolunu azmış, Azərbaycan dövlətinin əleyhinə çıxmış, müəyyən qüvvələrin əlində alətə çevrilmiş insanların bu cür ağır cəzaya məruz qalmasından sonra digərləri nəticə çıxarsınlar. Kim Azərbaycan dövlətinin əleyhinə çıxmaq xülyasına düşübsə, anlasın ki, bu yolun axırı yoxdur, onun sonu həbsxanadır, mütləq cəzasını alacaq. Azərbaycan dövləti hüquqi dövlətdir və burda etdiyin cinayətə görə məsuliyyətin var, cəzalandırılacaqsan”.

İran “amili”, ya beynəlxalq qurumların işidir?

Buna da bax:​ 'Nardaran işi'ndə hökmlər alqışlarla qarşılandı [video]

Şahin Hacıyev
Şahin Hacıyev

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov 20 il azadlıqdan məhrum edildi. Halbuki prokuror onun ömürlük azadlıqdan məhrum edilməsini istəyirdi. Hakimin qərarını müxtəlif cür dəyərləndirənlər var. “Turan” İA-nın redaktoru, siyasi şərhçi Şahin Hacıyev “ömürlüyün” 20 illə əvəzlənməsində İran “amili”ni istisna etmir. Onun ehtimalına görə, Tehranda bəzi dairələr Taleh Bağırovun cəzasının yüngülləşdirilməsini xahiş edə bilərdi.

Hollandiyada yaşayan hüquq müdafiəçisi Leyla Yunus isə bunu beynəlxalq qurumların işə qarışması ilə izah edir. Onun sözlərinə görə, prokuror Taleh Bağırova ömürlük cəza verilməsini tələb etdikdən sonra o, Avropa Birliyinin, Avropa Parlamentinin rəhbərliyinə və eləcə də başqa müxtəlif beynəlxalq qurumlara məktub yazıb. Hüquq müdafiəçisi məhz bundan sonra bəzi diplomatların məhkəmə prosesinə gəldiyini bildirir:

Leyla Yunus: 'Nə qədər cəza versələr də, onlar uzun müddət həbsdə qalmayacaqlar'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00
Direct-ə keçid

“Biz hər gün, hər həftə yazırdıq. Biz 2012-ci il Nardaran hadisələri haqda da yazdıq. O zaman polis atəş açmışdı, bir nəfər ölmüşdü, 20 nəfərdən çox adam yaralanmışdı. Bu zaman 20-dən artıq adam tutulmuşdu, ancaq onlar 5 ildən çox həbsdə qalmadılar. Ötən ilki (2015-ci ildə Nardaran keçirilmiş əməliyyatı nəzərdə tutur – AR) hadisələr təzə deyil, indi də ümid edirəm ki, nə qədər cəza versələr də, onlar uzun müddət həbsdə qalmayacaqlar”.

Buna da bax:​ Rövşən Məmmədlinin saxlandığı bildirilir

Hüquq müdafiəçisindən hakimə sanksiya tətbiqi çağırışı

Leyla Yunus: 'İlham Əliyev təhlükəli yolla gedir'
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

Leyla Yunus fevralda Azərbaycana gələcək Avropa Birliyinin rəsmisi Federika Mogherini-yə və Avropa Parlamentinə yazıb. Hökmü verən hakimə sanksiya tətbiq edilməsini istəyib:

“Avropa Birliyi bu ədalətsiz məhkəməyə göz yummamalıdır. Mogherini Bakı səfərində bu məsələni mütləq qaldırmalıdır. Avropa Parlamentinə yazdım ki, Əlövsət Abbasov kimi hakimə sanksiya tətbiq edilməlidir. Eləcə də bu gün azadlıqdan məhrum edilənlərə işgəncə verən, Nardarandakı hadisə zamanı dinc insanları öldürən polislərin adı müzakirəyə çıxarılmalıdır. Bu, asan iş deyil. Ancaq iş gedir”.

Buna da bax:​ 'Nardaran işi'ndə daha 12 nəfər hakim önünə çıxarıldı

Şahin Hacıyev: “Təhlükə ondadır ki...”

Siyasi şərhçi Şahin Hacıyev Taleh Bağırov və tərəfdarlarının uzunmüddətli həbsinin ümumi duruma “mənfi təsir” edəcəyini düşünür. Onun fikrincə, Azərbaycan hakimiyyəti “dindarlarla dil tapmaq, onlara qarşı adekvat addım atmaq” fikrindən uzaqdır, ən pisi, bu istiqamətdə konseptual ideyası yoxdur:

“Hakimiyyət dindarlara, sadəcə, repressiya tətbiq edə bilir. Çox güman, bu tendensiya davam edəcək. Bu o deməkdir ki, dini-siyasi qruplar yenə təzyiq altında qalacaqlar. Taleh Bağırov və onun tərəfdarları dini kəsim, xüsusən də gənclər üçün örnəyə çevriləcək. Adətən, nümunəyə çevrilən şəxsə cəmiyyətdə simpatiya yaranır, onun əzabkeş obrazı yaradılır. Bu, psixoloji faktordur. Təhlükə ondadır ki, hakimiyyət dinə simpatiyanın artmasını önləmək istəyir, ancaq atdığı addımlar əks effekt verir”.

Konfliktoloq Arif Yunus da Taleh Bağırovun “simvola” çevrildiyini, həbsdə olacağı müddətdə də siyasi səhnədən çəkilməyəcəyini, əksinə, siyasi proseslərə təsir edəcəyini düşünür: “İlqar Məmmədov da həbsdədir, amma siyasi səhnədən getməyib. Taleh Bağırov dindarlar arasında çox populyardır, böyük nüfuz sahibidir, buna görə həbs edilib. Azərbaycan hakimiyyəti azad fikirli, nüfuzlu insanları nəzarətə almağa, həbs etməyə, təxribata çəkməyə çalışır”.

Buna da bax: Taleh Bağırov məhkəmədə 'son söz'ünü deyib

“Yolunu azanlar nəticə çıxarsınlar”

Elman Nəsirov
Elman Nəsirov

Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Elman Nəsirov AzadlıqRadiosu-na açıqlamasında belə deyir. O siyasi şərhçilərin söylədiklərini “kökündən yanlış” adlandırır. Deputat bildirir ki, Azərbaycanda heç kim əməlində cinayət tərkibi olmayacağı təqdirdə həbs edilmir:

“Həmin dindara da ağır cəza verilibsə, deməli, onun əməlində cinayət tərkibi olduğu faktlarla sübut edilib. Yəni onun qəhrəmana çevriləcəyi, dindarlar arasında populyarlaşağını düşünmək yanlışdır. Əksinə, yolunu azmış, Azərbaycan dövlətinin əleyhinə çıxmış, müəyyən qüvvələrin əlində alətə çevrilmiş insanların bu cür ağır cəzaya məruz qalmasından sonra digərləri nəticə çıxarsınlar. Kim Azərbaycan dövlətinin əleyhinə çıxmaq xülyasına düşübsə, anlasın ki, bu yolun axırı yoxdur, onun sonu həbsxanadır, mütləq cəzasını alacaq. Azərbaycan dövləti hüquqi dövlətdir və burda etdiyin cinayətə görə məsuliyyətin var, cəzalandırılacaqsan”.

Buna da bax:​ 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Elman Nəsirov: 'Azərbaycanda heç kim əməlində cinayət tərkibi olmayacağı təqdirdə həbs edilmir'
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
Direct-ə keçid

Deputat hökmün “siyasi sifariş” olduğunu deyənlərə belə cavab verir: “Azərbaycanda heç kim siyasi sifariş əsasında həbs edilə bilməz. Bu uydurmadır. Bu məhkəmə də hüquqi çərçivədə tənzimlənib, müttəhimlər vəkillə təmin olunub. Siyasi sifarişdən söhbət gedə bilməz”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Taleh Bağırov və tərəfdarlarının həbs cəzası haqda şərh verməkdən imtina edib. O, AzadlıqRadiosu-na deyib ki, QMİ-nin adından yalnız mətbuat xidməti danışa bilər.

Elə QMİ sədrinin qardaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə də bu haqda danışmamağa üstünlük verib.

XS
SM
MD
LG