Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:32

Talibandan müraciət: '...xahiş edirik ki, taqətdən düşmüş xalqımıza kömək etsinlər'


Əfqanıstan, gündəlik həyat, Kabil, 17 noyabr 2021
Əfqanıstan, gündəlik həyat, Kabil, 17 noyabr 2021

Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 3 ay sonra Talibanın baş naziri ilk dəfə ictimai çıxışını edib.

Talibanın həmtəsisçisi olan Molla Məhəmməd Həsən Axund dövlət televiziyasında yayımlanan müraciətində bir sıra məsələləri işıqlandırıb.

“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.

Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik müharibədən sonra ölkədən geri çəkilərkən hakimiyyəti ələ keçirib.

Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır.

“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - Talibanın baş naziri əlavə edib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq.

O, əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.

XS
SM
MD
LG