Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

270 milyon dollar hara "uçub"?


Azerbaijan.plane
Azerbaijan.plane

►Satanla alanın rəqəmləri haçalanır

Azərbaycanın gömrük hesabatlarında neçə təyyarə və hellikopter alındığını, buna özəl və dövlət şirkətlərinin nə qədər vəsait xərclədiyini tapmaq mümkün deyil.

Dövlət Gömrük Komitəsi (DGK) bəlli səbəblərə görə, bu məlumatları açıqlamır.

Misal №1

Məsələn, 2013-cü ildə Azərbaycanın Fransadan idxal etdiyi malların toplam dəyərinin 425,4 milyon dollar olduğu açıqlanıb. Di gəl, bu pulun nəyə xərcləndiyini öyrənmək istəsəniz, yalnız 153,6 milyon dolların nəyə verildiyini biləcəksiniz. Qalan 271,8 milyon doların nəyə sərf olunduğu qaranlıq qalır. Beynəlxalq quruma göndərilən məlumatda isə həmin il Fransadan alınan 2 təyyarəyə 270 milyon dollar ödənildiyi qeyd olunub.

Misal №2

DGK ötən il ABŞ-dan gətirilən 847,4 milyon dollar dəyərində malların 432,5 milyonunun nəyə xərcləndiyini bildirir. Amma qalanı barədə bilgi yoxdur. Ehtimal etmək olar ki, qalan 414,9 milyon dollar dəyərində malın əsas hissəsi «Silk Way West» aviaşirkətinin alıb gətirdiyi “Boeing 747-8 Freighter” təyyarəsinin və başqalarının payına düşür.

Şübhəli xırdalıqlar

Gömrük qurumunun açıqlamadığı bu məlumatlar heç də qapalı deyil və beynəlxalq qurumlara təqdim olunduğundan onların təhlili şübhəli təfərrüatları da üzə çıxarır.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

BMT-nin beynəlxalq ticarət statistikası qurumuna Azərbaycan tərəfinin verdiyi məlumatlara görə, 2006-2014-cü illərdə ölkəyə 102 ədəd hava nəqliyyatı vasitəsi gətirilib. Onların toplam qiyməti 2 milyard 175,7 milyon ABŞ dolları olub. Bunun 1 milyard 625 milyon dollar dəyərində olanı Azərbaycana 2011-2013-cü illərdə gətirilib. Onların mülki və ya hərbi təyinatlı olması haqda məlumat yoxdur.

Bu dövrdə - 2007-2013-cü illərdə təkcə ABŞ-dan toplam dəyəri 700 milyon dolara yaxın 22 uçan vasitə gətirilib (ABŞ-ın məlumatı).

Təyyarə və başqa uçan “hava gəmiləri”nin Azərbaycana əsas ixracatçıları sırasında Almaniya (487,4 milyon dollar), Fransa (364,5 milyon dollar), Lüksemburq (228,9 milyon dollar) və İsrail (196,1 milyon dollar) də var.

Oliqarx ailələrinin şəxsi təyyarəsi var?

Azərbaycanda sərnişin, eləcə də yük təyyarə və helikopterlərinin əsas alıcıları «Azərbaycan Hava Yolları» QSC və «Silk Way Group» Şirkətlər Qrupuna daxil olan şirkətlərdir. Ölkədə bir çox oliqarx ailələrinin şəxsi təyyarələrinin olması barədə də məlumatlar dolaşır. Azərbaycanın təyyarə parkı genişlənir. Bu il “Boeing” korporasiyası ilə imzalanan müqaviləyə əsasən, «Silk Way West» aviaşirkətinin hava donanmasına daha iki «Boeing 747-8 Freighter» təyyarəsinin daxil olacağı gözlənilir.

Buna da bax: Sumqayıtlılar torpaqlarının əllərindən alındıqlarını deyir

Sumqayıtlılar torpaqlarının əllərindən alındıqlarını deyir
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

XS
SM
MD
LG