Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:32

Prezidentə sui-qəsd planlaşdırdığı deyilən şəxs həbs olunub


KNB-nin saytında dərc olunmuş videodan
KNB-nin saytında dərc olunmuş videodan

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevi qətlə yetirməyi planlaşdırdığı iddia edilən şəxs həbs olunub

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevi qətlə yetirməyi planlaşdırdığı iddia edilən şəxs həbs olunub.

Qazaxıstanın milli təhlükəsizlik orqanı – KNB aprelin 3-də bildirib ki, adı açıqlanmayan bu şəxs adı açıqlanmayan ölkənin kəşfiyyat orqanları üçün işləyib və başqa cinayətlərlə yanaşı ölkədə “rusofob baxışların” yayılması və anti-Rusiya təbliğatı ilə məşğul olub.

KNB bildirir ki, Qazaxıstan vətəndaşı olan bu şəxs habelə başqa rəsmilər və hüquq-mühafizə əməkdaşları üzərinə hücumlar planlaşdırıb.

Bu da xəbər verilir ki, şübhəlidən snayper tüfəngi, qanunsuz maddələr və böyük məbləğdə dollar müsadirə olunub.

KNB-nin bəyanatında deyilir ki, şübhəli xarici ölkə kəşfiyyatına işlədiyini etiraf edib. Bəyanatda söhbətin hansı ölkədən getdiyi bildirilmir.

İkili oyun

Qazaxıstan hökuməti ötən yanvarda Janaozen şəhərində başlanıb bütün ölkəyə yayılmış zorakı etirazlardan sonra hələ də mövqeyini möhkəmləndirməyə çalışır.

Həmin etirazlar zamanı Tokayev ölkədə asayişin bərpa edilməsi üçün Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatını (ODKB) dəvət etmişdi.

Həmin etirazlar həm də 2019-cu ildə postundan istefa versə də real hakimiyyəti əlində saxlayan keçmiş prezident Nursultan Nazarbayevə qarşı yönəlmişdi.

Martın ortalarında Nazarbayevin yaxın adamları, o cümlədən bacısı oğlu Qayrat Satıbaldı həbs olunub.

Rəsmilər onun korrupsiya ittihamları ilə həbs olunduğunu bildirirlər.

Rusiyaya son dərəcə ehtiyatla yanaşan Qazaxıstan ötən həftə Moskvaya qarşı beynəlxalq sanksiyalara əməl edəcəyini bildirmişdi.

Buna baxmayaraq ölkədə onlarca bloger və fəal “anti-Rusiya təbliğatına” görə həbs və məhkum edilib.

XS
SM
MD
LG