Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:54

Tramp məhkəmə qarşısına çıxarılır


Federal prokuror bildirib ki, Tramp yüzlərlə məxfi sənədi Florida malikanəsinin müxtəlif yerlərində, o cümlədən vanna otaqları və rəqs otağında saxlayıb
Federal prokuror bildirib ki, Tramp yüzlərlə məxfi sənədi Florida malikanəsinin müxtəlif yerlərində, o cümlədən vanna otaqları və rəqs otağında saxlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyunun 13-də Mayamidə məhkəmə qarşısına çıxarılacaq.

Bundan bir neçə gün əvvəl, iyunun 9-da ABŞ federal hakimi Trampa qarşı 37 bənddən ibarət ittiham irəli sürüb.

Keçmiş prezident məxfi sənədlərin qanunsuz olaraq özündə saxlanmasında və Ağ Evi tərk etdikdən sonra ədalətə mane olmaqda ittiham edilir.

İttiham maddələrindən biri də milli müdafiəyə aid sənədlərin qanunsuz olaraq özündə saxlanmasıdır.

Federal prokuror bildirib ki, Tramp yüzlərlə məxfi sənədi Florida malikanəsinin müxtəlif yerlərində, o cümlədən vanna otaqları və rəqs otağında saxlayıb.

İttihamnamədə qeyd olunur ki, Tramp onda olan sənədləri FTB əməkdaşlarına və Milli Arxivə verməkdən imtina edib.

Tramp cinayət işi üzrə müttəhim kimi ikinci dəfə məhkəmə qarşısına çıxarılacaq.

Birinci dəfə o ötən apreldə pornoaktrisaya aralarındakı cinsi əlaqələr barədə susması üçün ödəniş kağızlarını saxtalaşdırmaqda ittiham olunurdu.

Qandallanması gözlənilmir

NPR saytı bildirir ki, Trampın ikinci dəfə məhkəmə qarşısına çıxarılması onun daş-kəsəkli siyasi yolunda yeni bir döngə ola bilər.

Ona qarşı ittihamlar artdıqca prezident seçkisinə qalan müddət azalır.

Trampın işi üzrə proses iyunun 13-də yerli vaxtla saat 15.00-da başlanacaq, lakin o bundan əvvəl qeydiyyat da daxil bir sıra məhkəməyəqədər prosedurdan keçməlidir.

Miami Herald qəzetinin məhkəmə müxbiri Cey Uiver yazır ki, federal məhkəmənin binası yeraltı qarajla birləşdirilib və bu Trampın elektron barmaq izlərinin çıxarılması üçün ən münasib yerdir.

NPR yazır ki, Trampın qandallanması və zala fotomüxbirlərin buraxılması gözlənilmir.

Trampın bundan əvvəl Manhattanda keçirilən məhkəməsində də bu tədbirlərdən imtina olunmuşdu.

XS
SM
MD
LG