Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

Türkiyə müxalifəti pozuntularla bağlı şikayət edib


Türkiyənin ana müxalifət partiyası mayın 17-də bildirib ki, ötən bazar günü keçirilmiş seçkidə minlərlə seçki qutusu ilə bağlı şübhələrə görə rəsmi şikayətlər təqdim edib.

Bu seçkidə prezident Rəcəb Tayyib Ərdoğan rəy sorğularına rəğmən daha yaxşı nəticə göstərə bilib.

Reuters agentliyi müxalifət rəsmilərinə istinadla yazır ki, bu pozuntuların ümumi nəticəyə təsiri olmayacaq.

Belə ki, mayın 28-da keçiriləcək ikinci dövrədə Ərdoğan və onun rəqibi, CHP sədri Kemal Kılıcdaroğlu mübarizə aparacaqlar.

CHP sədrinin müavini Məhərrəm Erkək deyib ki, bəzi seçki qutularında bir-iki, bəzilərində isə yüzlərlə bülleten düzgün sayılmayıb.

Güclü parlament çoxluğu

O bildirib ki, CHP prezident seçkisi üzrə ölkə boyunca 2269, parlament seçkisi üzrə isə 4825 seçki qutusu ilə bağlı rəsmi etiraz edib.

Lakin bu qutularda bülletenlərin çox az hissəsinin olduğu qeyd edilir.

Erkək jurnalistlərə deyib ki, CHP bu, hətta ümumi nəticəni dəyişməsə də hər bir səsi izləməkdə davam edir.

Ərdoğanın hakim Ədalət və İnkişaf (AK) partiyası və onun millətçi müttəfiqləri güclü parlament çoxluğu qazana biliblər.

Ərdoğanın birinci turda qalib gəlmək üçün səsləri azacıq çatışmayıb.

İmamoğlu faktoru

Kılıcdaroğlu birinci turda səslərin 44.9 faizinə sahiblənə bilib. Hazırkı seçki Ərdoğanın 20 illik hakimiyyətində üzləşdiyi ən ciddi sınaqdır. Üçüncü namizəd Sinan Oğan isə 5.17 faiz səs toplayıb.

Ərdoğan iddia edir ki, bahalaşma və yüksək inflyasiya ilə çarpışan ölkədə sabitliyi yalnız onun qələbəsi təmin edə bilər.

CHP başda olmaqla müxalifət bloku bu seçkidə ümidlərini gənc seçicilərə bağlayıb.

Bu da xəbər verilir ki, birinci turda Ərdoğandan azacıq geri qalan Kılıcdaroğlu seçki komandasında bəzi dəyişikliklər edib.

Bəzi mənbələr Middle East Eye saytına deyiblər ki, indi İstanbul meri Əkrəm İmamoğlu Kılıcdaroğlunun yeni seçki strategiyasında daha önəmli rol oynayacaq.

CHP sədri seçki kampaniyasına rəhbərlik edən müavini Onursal Adıgözəli bu vəzifədən kənarlaşdırıb.

XS
SM
MD
LG