Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Türkiyədən gənc fəallara dəstək gəldi (VİDEO)


Türkiyədən gənc fəallara dəstək gəldi
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

-

Türkiyədə bir qrup fəal Azərbaycanda saxlanmış gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinə etiraz açıqlaması yayıblar. Onlar hər iki gəncin rejimə etirazlarını dəstəklədiklərini bildirirlər.

«B.Məmmədov və Q.İbrahimov avtoritarlığa baş əymədilər, Heydər Əliyevin heykəlinin üzərinə «Qul bayramınız mübarək» şüarı yazdılar. Avtoritar rejimi müdafiə edənlər bu fərqli siyasi səslərin eşidilməməsindən ötrü onları həbsə aldı. Biz avtoritarizmə baş əyməyənlərin yanındayıq».

NİDA-çı Bayram Məmmədov və gənc fəal Qiyas İbrahimov mayın 10-da axşam saxlanılıblar. Gənclərin Nərimanov rayon Polis İdarəsi yanında Müvəqqəti Saxlanma Yerində olduqları yalnız mayın 12-də bilinib. Mayın 12-də Xətai rayon Məhkəməsi barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyi gənclərin yaşadıqları mənzillərin hər birindən 1 kq heroin tapıldığı haqda məlumat yayıb və gənclər qanunsuz narkotik dövriyyəsində ittiham ediliblər. Gənclər isə həbslərinin səbəbini keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə etirazçı şüarlar yazmaqlarında görürlər.

Gənclərin vəkili Elçin Sadıqov hər iki gəncin saxlanılarkən işgəncələrə məruz qaldığını bildirib. Amma Ombudsman Aparatının Preventiv qrupu xəsarət izi aşkarlamadığı haqda açıqlama yayıb.

XS
SM
MD
LG