Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

Rusiya Ukrayna ilə bağlı tələbinin gözardı olunduğunu deyir


Ukraynalı hərbçi
Ukraynalı hərbçi

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 27-də deyib ki, Amerikanın cavabı Rusiyanın narahatlığının həllindən ötrü “niyyət” sərgiləmir

Kreml deyir ki, Rusiyanın təhlükəsizlik qarantiyaları sarıdan narahatlığı Birləşmiş Ştatların yazılı cavabında nəzərə alınmayıb. Amma Kreml məsələ ilə bağlı Vaşinqtonla dialoqun davam etdirməyin mümkün olduğunu bildirir.

ABŞ rəsmi cavabında Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasına imkan verilməməsi ilə bağlı Moskvanın tələbini rədd edib. Bunun əvəzində böhrandan çıxış üçün “ciddi diplomatik yol” təklif edilir.

Rusiyanın Ukrayna ilə sərhədə onminlərlə əsgər yığması bu ölkəyə mümkün hərbi hücum sarıdan Qərbin narahatlığını gücləndirib.

ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 26-da bir daha qeyd edib ki, Qərb NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, Moskvanın qaldırdığı məsələlərin “pirinsipial və praqmatik” dəyərləndirməsini təklif edir.

Putinin özünə qarşı da sanksiyalar qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

“Niyyət”

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 27-də deyib ki, Amerikanın cavabı Rusiyanın narahatlığının həllindən ötrü “niyyət” sərgiləmir.

“Həmkarlarımızın dünən dediyinə əsasən aydındır ki, ...əsas kateqoriyalar üzrə fikirlərimiz nəzərə alınmayıb, yaxud narahatlığımızı nəzərə almaq niyyəti ortaya qoyulmayıb”, – deyən Peskov əlavə edib ki, dəyərləndirmə məsələsində “tələsməyəcəyik”.

Xarici işlər naziri Sergey Lavrov isə ayrıca bəyanatında Ukraynanın NATO-ya qəbul edilməyəcəyi ilə bağlı Moskvanın əsas tələbinin gözardı olunduğunu deyib. Amma o, digər məsələlərdə irəliləyişin mümkünlüyünü qeyd edib.

“Əsas məsələyə müsbət cavab verilməyib… Amma ikinci dərəcəli məsələlər üzrə ciddi söhbətin başlanmasına ümid var”, – Lavrov deyib.

Görüş olacaqmı

Blinken bir neçə günə Lavrovla danışacağını demişdi. Peskov isə yanvarın 27-də deyib ki, iki diplomatin yeni görüşü ilə bağlı “hələlik, razılaşma yoxdur”.

Bu arada Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba sərhəddəki Rusiya əsgərlərinin sayının artmaqda olduğunu vurğulayıb.

Rusiyanın sərhədə 100 mindən çox əsgər yığdığı bildirilir. Amma Moskva Ukraynaya hücum planı olmadığını deyir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

XS
SM
MD
LG