Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:36

Britaniya kəşfiyyatı: Rusiyanın hücum sürəti azalıb, xeyli qüvvə itirib


Territorial control - Ukraine - Russia - war - 13.05
Territorial control - Ukraine - Russia - war - 13.05

Azadlıq Radiosu yazır ki, Rusiya fevralın 24-də Ukraynaya hcuma başlayanda paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra indi əsas diqqətini Luqansk və Donetsk vilayətlərini əhatə edən Donbas bölgəsinə yönəldib.

Britaniyanın hərbi kəşfiyyatı, Rusiyanın Ukraynanın şərqondəki Donbas bölgəsində hücum sürətinin azaldığını və qrafikdən əhəmiyyətli dərəcədə gerilədiyini bildirir.

Britaniya Müdafiə Nazirliyinin mayın 15-də yaydığı məlumatda deyilir ki, Rusiya fevralda cəmləşdirdiyi quru qüvvələrinin yəqin ki, 1/3-i itirib.

Azadlıq Radiosu yazır ki, Rusiya fevralın 24-də Ukraynaya hcuma başlayanda paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra indi əsas diqqətini Luqansk və Donetsk vilayətlərini əhatə edən Donbas bölgəsinə yönəldib.

Ukrayna hərbçilərinin bu arada verdikləri məlumata görə, Rusiya ordusu mayın 15-də Qərbi Lvov vilayətindəki hərbi infrastruktura hücum edib.

Lvovun qubernatoru Maksym Kozytskiy özünün Telegram hesabında bunun raket hücumu olduğunu amma tələfat olmadığını yazır.

Ukrayna ordusu bu arada, Rusiyanın nəzarətində olan ölkənin şərqindəki İzyum şəhəri yaxınlığında əks-hücuma keçdiyini bəyan edib.

Rəsmi Kiyev bildirir ki, Rusiya qüvvələri Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov yaxınlığındakı ərazilərdən geri çəkilir və bu Moskvanın uğursuzluğu kimi görünür.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib ki, Ukrayna “müharibənin zunmüddətli yeni fazasına daxil olur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa şağırır.

XS
SM
MD
LG