Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Rusiya-Ukrayna: Havada müharibə qoxusu var? (Video)


Rusiya və Belarus Zapad 2021 manevrlərində
Rusiya və Belarus Zapad 2021 manevrlərində

Ukrayna, ABŞ və NATO son vaxtlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında böyük qoşun və hərbi texnika cəmləşdirməsindən narahatdırlar

Rusiyanın SVR – Xarici Kəşfiyyat Xidməti noyabrıən 22-də bildirib ki, Ukrayna ətrafında yaranmış situasiya 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsinin ərəfəsini xatırladır.

Reuetrs yazır ki, bu bəyanatdan sonra rublun məzənnəsi düşüb.

Ukrayna, ABŞ və NATO son vaxtlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında böyük qoşun və hərbi texnika cəmləşdirməsindən narahatdırlar.

Moskva Ukraynaya hücum edə biləcəyinə dair bəyanatları “qızışdırıcı” adlandırır və rədd edir.

Rusiya 2008-ci ildə öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Gürcüstanla qısa müharibədə qələbə qazanıb. Üstəlik Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı bölgələrinin müstəqilliyini tanıyaraq orada öz qoşunlarını yerləşdirib.

SVR bildirib ki, “biz hazırda 2008-ci ildə Gürtcüstandakı vəziyyətə bənzər situasiya müşahidə edirik.

Bəyanatda bildirilir ki, həmin müharibə ovaxtkı Gürcüstan prezidenti Mixeil Saakaşviliyə çox baha oturdu.

Ukrayna deyir ki, Rusiya hücuma hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Ehtimallar

Bu arada Bloomberg yazır ki, ABŞ NATO üzrə müttəfiqlərinə kəşfiyyat məlumatı ötürüb. Bu məlumatda deyilir ki, Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının sayı çoxaldılır və bu, ölkəyə müdaxiləyə hazırlığın əlaməti ola bilər.

Bloomberg ABŞ kəşfiyyatına istinadən yazıb ki, Rusiyanın müdaxiləsi ilhaq edilmiş Krımdan və Belarus ərazisindən başlana bilər.

Bu da ehtimal edilir ki, Rusiyanın müdaxiləsində ümumi sayı 100 min hərbçi olan 100-dək birləşmə iştirak edəcək.

Bəzi mənbələr Rusiyada ehtiyatda olanların guya xidmətə çağırıldığına dair məlumat verirlər.

Kreml təkzib edir

Bundan əvvəl Rusiyanın Ukraynaya qarşı mümkün hərbi hərəkətləri barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov danışmışdı.

Onun dediyinə görə Rusiyanın hərbi müdaxiləsi 2022-ci ilin yanvar-fevralında gözlənilir.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyaya qarşı məqsədyönlü kampaniya aparılır.

Peskovun sözlərinə görə Bloomberg-dən “rupor” kimi istifadə olunub.

Lakin Rusiya xarici kəşfiyyat idarəsi – SVR Ukraynaya mümkün hərbi müdaxilə barədə xəbərləri rədd edib:

“Daxil olan məlumatlara görə ABŞ Dövlət Departamenti diplomatik kanallar vasitəsilə öz müttəfiq və partnyorlarına tamamilə yanlış olan belə bir xəbərdarlıq edir ki, bizim ərazimizdə Ukraynaya müfdaxilə üçün qoşun cəmləşdirilir”

XS
SM
MD
LG