Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Döyüşdən imtina edən rusiyalıların sayı artır


Ukraynaya qarşı vuruşan Buryatiya sakini: Rusiya ordusu bərbat vəziyyətdədir
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Ukraynaya qarşı vuruşan Buryatiya sakini: Rusiya ordusu bərbat vəziyyətdədir

“Könüllülər”sə daha üzüyola davranaraq doldurulmamış “müqavilələri” imzalayırlar

Rusiyanın Ukraynaya hücuma başlamasından bəri sosial mediada müharibədə iştirak edən rus hərbçilərinin orduda üzləşdikləri problemlərdən anonim və ya açıq danışa bildiyi qruplar yaranmağa başlayıb. Bu qruplarda hərbçilər hüquqşünaslardan yardım istəyirlər.

“Xüsusi hərbi əməliyyat” zonasına düşməyənlər

Hərbçilərin şikayətləri Rusiya ordusunda mövcud ağır vəziyyəti üzə çıxarır. Bir çox əsgərlər bu altı aydan artıq müddət ərzində bir dəfə də evlərinə buraxılmayıblar. Əsgərlərin ödənişləri gecikir. Hansısa müəmmalı “qurumla” müqavilə imzalamış könüllülərsə xəsarətlərə görə kompensasiya ala bilməyiblər.

Krım və Belqorod bölgəsində yaralananların işi daha çətindir. Çünki Rusiya hökuməti bu əraziləri "xüsusi hərbi əməliyyat” (Kreml Ukraynaya hücumunu “müharibə” adlandırılmasını istəmədiyindən bu termini işlədir) zonası deyil, Rusiya ərazisi hesab edir. Halbuki bu ərazilərdə də partlayışlar baş verir.

Hüquqşünasların hərbçilərə yardım təklif etdiyi qruplar bəzən sosial media administratorları tərəfindən bloklanır. Bəzi hüquqşünaslarsa hədələnir.

Hədələr

"Mənə anonim hədələr gəlir: “Biz səndən FSB-yə, prokurorluğa şikayət etmişik. Hazırlaş, gəlib səni aparacaqlar. Artıq səni aparmaq üçün çıxıblar”, – moskvalı hüquqşünas, “Hərbi Ombudsman” adlı “Telegram” kanalının müəllifi Maksim Qrebenyuk AzadlıqRadiosunun rus xidmətinə deyib.

2022-ci ilin avqustunda Moskva məhkəməsi bənzər “Telegram” kanalının müəllifi olan Vladimir Vorontsovu pul tələb etmə ittihamı ilə beş illik həbs cəzasına məhkum edib.

Qrebenyuk da peşəkar fəaliyyətinə görə ciddi problemlərlə üzləşə bilər. O hazırda Ryazanda bir hərbçinin vəkilidir. Həmin şəxs müharibədə iştirakdan imtina etdiyi üçün hərbi biletinə üzərində “xəyanətə, yalana və satqınlığa meyllidir” sözləri yazılan xüsusi möhür vurulub. Qrebenyuk deyir ki, məhkəmənin başlanmasından sonra həmin əsgərin xidmət etdiyi hərbi hissənin komandirinin nümayəndəsi hərbi tribunala şikayət yazaraq vəkilə “Rusiya silahlı qüvvələrini gözdən salmaq” ittihamı irəli sürülməsini tələb edib.

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Günə 20-30 mesaj

Qrebenyukun sözlərinə görə, hazırda ona müharibənin ilk aylarına nisbətən daha çox adam müraciət edir. Müraciətlərin ən çox daxil olduğu regionlarsa Şimali Qafqaz və Uzaq Şərqdir.

Vəkil gündə 20-30 mesaj aldığını, işlər sadə olduqda onları pulsuz həll etməyə çalışdığını deyir.

Onun sözlərinə görə, hazırda kompensasiyaların ödənilməməsindən şikayətlər üstünlük təşkil edir. Qrebenyukun “VKontakte”dəki qrupunda belə şikayətlər hər gün yazılır.

"Batırılmış “Moskva” kreyserinin heyəti də “xüsusi əməliyyatların” iştirakçıları sayılmırdı. Çünki onlar Ukrayna sularında sayılmırdılar. Sonra onları retroaktiv olaraq “xüsusi əməliyyat”da iştirak edən bölmələrə saldılar. Yalnız bundan sonra onların bütün ödənişləri edildi – xəsarətlərə görə, hərbi personalın ölümünə görə…” – o deyir.

Vəkilin sözlərinə görə, "xüsusi hərbi əməliyyat” Ukraynanın müharibədən öncə Kiyevin nəzarətində olan hissələrində və Donetsk və Luhansk ərazilərində gedir. 2014-cü ildə ilhaq edilmiş Krımsa bura daxil deyil.

Dənizçilər, könüllülər

Rusiya donanmasında xidmət edənlərə “xüsusi hərbi əməliyyatlarda” iştiraka razı olduqları haqda müqavilə imzalatdırılır. Bundan sonra dənizçiləri piyada qoşunların tərkibində müharibə bölgəsinə göndərirlər. Dənizçilər bundan ehtiyat etdiklərindən heç bir müqaviləni imzalamırlar. Nəticədə Rusiya donanması heyət qıtlığı ilə üz-üzə qalıb.

“Könüllülər”sə daha üzüyola davranaraq doldurulmamış “müqavilələri” imzalayırlar. Çox vaxt kontraktın bir nüsxəsi onlara verilmir. Bu “BARS” (Xüsusi Döyüş Ordusu Ehtiyatı) proqramına yazılanlara da aiddir. Daha sonra məlum olur ki, Rusiya dövləti onları heç hərbi personal hesab etmir və onlar üçün hər hansı sosial müdafiə və ya müavinət, o cümlədən güzəştli ipoteka imkanları nəzərdə tutulmayıb.

"BARSçılardan bircə nəfər də hələ mənə imzalanmış müqaviləsini göstərməyib”, – Qrebenyuk deyir.

Döyüşdən imtina edənlər sayı artır

Onun sözlərinə görə, özəl “Vaqner” qrupunun topladığı kontraktorlar da eyni aqibətlə üzləşirlər.

Qrebenyukun qrupuna müharibəyə gedən, lakin sonra məyus olub fikrini dəyişənlərdən də çoxlu şikayətlər gəlir. Müqaviləli əsgər vuruşmaq istəmədiyini bildirən kimi onun artıq qazandığı pullar belə ödənilmir.

Qrebenyukun sözlərinə görə, Ukraynaya hücumun başlanğıcında da döyüşməkdən imtina edənlər vardı, ancaq hazırda onların sayı artıb. Ancaq bunun Rusiya ordusunun artan uğursuzluqları ilə bağlı olub-olmadığını demək çətindir.

XS
SM
MD
LG