Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu


Şuşalı məcburi köçkünlər.
Şuşalı məcburi köçkünlər.

Nazirlər Kabineti məcburi köçkün və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin ödənilməsi qaydasını təsdiqləyib.

Sənəd müavinət alacaq və almayacaq “məcburi köçkün” statusu olan şəxsləri müəyyən edir.

Hansı “məcburi köçkün”lər müavinət alacaq?

Aylıq müavinət o məcburi köçkünlərə veriləcək ki, onlar işğal olunmuş rayonlarda qeydiyyatda olsunlar, Azərbaycanda yaşasınlar.

Buna da bax:​ Köçkünlərə 36 manatlıq vahid aylıq müavinət veriləcək

Hər iki valideyni “məcburi köçkün” statusuna malik olan, valideynlərindən birini və ya hər ikisini itirən uşaqlar da müavinət alacaq.

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə ərə gedən, ancaq işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan işğal olunmuş rayonda qeydiyyata düşən qadınlar da müavinət ala biləcəklər.

Bunlara müavinət verilməyəcək

Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvlərinə isə müavinət verilməyəcək. Ancaq bu kateqoriyada torpaq bütünlüyü uğrunda döyüşlərdə həlak olanların ailələri istisna olunur.

Buna da bax:​ Köçkün uşaqlarına yemək xərci verilməyəcək

İşğal olunmuş rayondakı yaşayış yeri üzrə qeydiyyatdan çıxıb işğalda olmayan rayona qeydiyyata düşənlər, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş lakin ərazisi işğal olunmuş rayondan qeydiyyatdan çıxmayan qadınlar da müavinət ala bilməyəcəklər.

Fərarilərə də müavinət düşmür

Bundan başqa, aşağıdakı kateqoriyadan olanlara da müavinət verilməyəcək:

- “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə gedən qadınlar;

- valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar;

- səfərbərlikdən yayınan, fərarilik edən “məcburi köçkün”lər;

Buna da bax:​ 'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'

- “məcburi köçkün” statusuna malik olan, ancaq təqvim ili ərzində 182 gündən artıq xaricdə olanlara;

- əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslər;

- vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” şəxslər;

- publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərlərinin məsul vəzifəyə təyin etdikləri, deputatlar, hakimlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;

Buna da bax: Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'

- 2016-cı il dekabrın 31-dən sonra doğulmuş məcburi köçkün uşaqları, dövlət qulluğunun xüsusi növündə xidmət edən zabit və digər məsul vəzifəli şəxslər də müavinət ala bilməyəcək.

Qanunvericilik, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan “məcburi köçkün” dövlət qulluqçuları da müavinət almayanlar sırasındadır.

XS
SM
MD
LG