Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

“Hökumət gərək öncə bankları sağlamlaşdırsın”


Vahid Əhmədov
Vahid Əhmədov

►Millət vəkili Vahid Əhmədov 2016-cı il üçün ayrıca proqram hazırlanmalı olduğunu deyir

İqtisadçı Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında həyəcan təbili çalındığını, qeyri-neft sektorunda azalmalar müşahidə edildiyini yazıb, bəzi rəqəmlər açıqlayıb.

İqtisadi sahələrdə müşahidə olunan azalmalarla bağlı millət vəkili Vahid Əhmədov AzadlıqRadiosunun suallarını cavablandırıb.

– Bu ilin ilk iki ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.2 faiz aşağı düşüb. Eyni zamanda qeyri-neft sektorunda ÜDM-nin payı da 5.5 faiz azalıb. Sizcə, növbəti aylar nə vəd edir?

Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

– Ümumiyyətlə, bu, gözlənən idi. Dünyada gedən iqtisadi proseslərin Azərbaycana təsiri gözlənən idi. ÜDM-un artımında, qeyri-neft sektorunun inkişafında müəyyən problemlər oldu. Yanvar-fevral aylarında müəyyən azalmalar hiss olunmalıydı. Milli valyutanın da dəyərində ciddi dəyişmələr baş verdi. Əlbəttə, ümumi götürəndə bunlar da ÜDM-yə öz təsirini göstərdi.Amma bu, müvəqqəti ola bilər. Bilirsiz ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılıb, müəyyən sərəncamlar, fərmanlar verilib, iqtisadi islahatlara başlanıb. Aprel-may ayından sonra qeyri-neft sektorunda müəyyən müsbət dəyişiklik görəcəyik.

– Rəqəmlər tikinti-quraşdırma işlərinin azaldığını göstərir. Əslində, neft gəlirləri artanda Bakıda tikinti bumu başlamışdı. Tikinti sektorunun inkişafına hökumətin hansı dəstəyi vacibdir?

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

– Neft gəlirlərinin azalması nəticəsində, faktiki olaraq, tikinti-quraşdırma işləri kəskin düşüb. Hətta ipoteka əsasları ilə verilən kreditlərdə də azalma var. Hesab edirəm ki, ən ciddi problem bank sisteminin sağlamlaşdırılmasındadır. Bank sistemində maliyyə vəsaiti ilə bağlı ciddi problemlər var. Azərbaycan hökumətinin əsas, hətta deyərdim, ən birinci vəzifəsi bank sektorunun sağlamlaşdırılmasıdır. Bu baş versə, onda tikinti sahəsinə, həm də digər sektorlara kreditlərin həcmi artırılacaq və bu da inkişafı stimullaşdıracaq.

“Bankların maliyyə problemi var”

– Bank sektorunda gedən prosesləri necə qiymətləndirirsiz?

– Hələlik müsbət qiymətləndirmirəm. Maliyyə vəsaiti ilə bağlı müəyyən problemlər var. 2015-ci ildə manatın dəyərində gedən devalvasiyadan ən çox bank sektoru zərər çəkdi. Əhalinin əmanətlərini bankdan götürməsi, depozitlərin geri çəkilməsi, banklarda pul çatışmazlığı – bunlar hamısı təsirini göstərdi. Bilirsiz, indi banklara nəzarət Maliyyə Bazarına Nəzarət Palatasına verildi. Bu da bankların sağlamlaşdırılması prosesində müəyyən vaxt alır. Proses gedir, amma müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz yerini tutsun. Bank sektoru nə qədər tez sağlamlaşdırılsa, Azərbaycan iqtisadiyyatında da inkişaf daha tez özünü göstərəcək.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“ÜTT-yə üzvlük bizi vəziyyətdən çıxarmaz”

– Bu gün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsa, sizcə, bu, ölkəni iqtisadi böhrandan xilas edərmi?

– Bu quruma üzvlüklə bağlı proses gedir, ancaq hesab etmirəm ki, hazırkı şəraitdə – dünyada gedən iqtisadi proseslərin fonunda bu quruma üzvlük vəziyyətimizə ciddi təsir göstərsin. Çünki müəyyən hazırlıqlar görülməlidir, gömrük tarifləri ilə bağlı tənzimləmələr aparılmalıdır, daxili məhsul istehsalına nail olmalıyıq. Bir millət vəkili, iqtisadçı kimi mən də istərdim ki, Azərbaycan ÜTT-yə üzv olsun, neqativ hallar aradan qaldırılsın. Amma bunun üçün müəyyən şərait yaradılmalıdır, sonradan dövlət, xalq əziyyət çəkməsin.

– Vahid bəy, bəzi iqtisadçılar hesab edirlər ki, Azərbaycan hökumətinin böhran konsepsiyası yoxdur, görülən tədbirlər, verilən sərəncamlar daha çox pərakəndə xarakter daşıyır. Siz nə düşünürsüz bu barədə?

Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

– Belə deməzdim. Çünki cənab prezident qeyri-neft sektorunda hansı sahələrə ciddi diqqət yetirilməsi ilə bağlı bir sərəncam imzaladı. Ancaq onu vurğulayım ki, bu il bizim üçün əsas olduğundan 2016-ci illə bağlı ayrıca proqram hazırlanmalı idi. Hansı sahələrə diqqət ayırılmalıdı, hansı sahələr ixraca açılsın, nələrə subsidiyalar ayrılmalı idi, bütün bunların əksini tapdığı 2016-cı il proqramı olmalı idi. 2017-18-ci il üçün aydındır, sərəncamlar var, qanuna dəyişiklik edilib, amma bu il üçün ayrıca proqram hazırlanmalı idi.

Buna da bax: Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"

Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

XS
SM
MD
LG