Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Ukraynaya döyüşə göndərilən ilk məhbus qrupu əfv olunub


Ukraynada beynəlxalq batalyon üzvləri
Ukraynada beynəlxalq batalyon üzvləri

Ukraynaya müharibəyə göndərilən və kontraktla yarımillik xidməti başa vuran məhbusların ilk qrupu əfv olunub. Bu barədə “Vaqner” muzdlu döyüşçü qrupunun başçısı, Prezident Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojin açıqlama verib. Söhbət təxminən 20 nəfərdən gedir.

Priqojin həmin şəxslərin məhkumluğunun qaldırıldığını söyləyib. Hüquq müdafiəçilərinin daha öncə dediyinə görə, belə məhbusların əfv olunmasıyla bağlı hüquqi məsələlər açıq qalır.

“Onlar kontraktı vicdanla, ləyaqətlə yerinə yetiriblər. İlk qrupdur...” – Priqojin vurğulayıb.

Cəmiyyət onlara “təşəkkür etməlidir”

Onun qeyd etdiyinə görə, Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən keçmiş məhbusların çoxu həbsə “ya təsadüfən, ya da xarakterinə” görə düşüblər, çünki dinc həyatda özlərini tapa bilməyiblər və xoşagəlməz vəziyyətlə üzləşiblər. Cəmiyyət “belə adamlara şans verib və milli maraqlara görə savaşmaqlarına görə təşəkkür etməlidir”, – Priqojin deyib.

RİA Novosti agentliyi keçmiş məhbuslardan birinə istinadla yazır ki, onların çoxu könüllü kimi “Vaqner”ə qayıtmağı planlaşdırır. “Vaqnerçilər” qeyd ediblər ki, bu onlar üçün “iş deyil, həyatdır”.

Priqojinin qrup üzvlərinə narkotikdən istifadə etməmək, qadınları zorlamamaq məsləhəti verdiyi və deyilir.

Məhbus bu formada əfv oluna bilərmi

Rusiya artıq bir neçə aydır koloniyalardan məhbusları Ukraynaya müharibəyə göndərir. Onların içində qətl, oğurluq, zorlama kimi ağır maddələrlə cəza çəkənlər də olub. Bir müddət öncə məhbusları qrupa şəxsən Priqojinin özünün cəlb etdiyi üzə çıxıb. O, Rusiyanın qərb hissəsindəki həbsxanalara gedir, məhkumları Ukraynaya getmək üçün dilə tutur. Xüsusilə də məhbuslara yarım ildən sonra əfv vədinin verilməsi hüquq müdafiəçiləri arasında suallar yaradır.

Hüquq müdafiəçisi, Prezident yanında İnsan haqları Şurasının üzvü Eva Merkaçeva deyir ki, hazırda məhkumu yalnız üç yolla azad etmək olar:

“Birincisi – prezident fərmanıyla gerçəkləşən əfvdir. İkincisi – Dövlət Dumasının qərarıyla amnistiyadır. Üçüncüsü isə şəxsin şərti azadlığa buraxılmasıdır ki, bu zaman cəza məsələn, islah işlərinə dəyişdirilir. Ancaq bu hissədə koloniya cəzasının hərbi kontrakta uyğun xidmətlə əvəzlənməsi haqda bir söz deyilmir! Belə bir şey yoxdur”.

Rusiya fevralın sonunda Ukraynaya irimiqyaslı hücuma başlayıb. Müstəqil jurnalistlər Rusiyanın azı 10 min əsgərinin müharibədə həlak olduğunu hesablayıblar.

XS
SM
MD
LG