Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Azrastlanan hadisə: Metro vaqonunu boyayan əcnəbi vətəndaşlar mühakimə olunacaq


Bakıda metro vaqonlarını boya ilə yazmaqda şübhəli bilinərək saxlanılan Fransa, Yeni Zelandiya və Avstraliya vətəndaşları haqqında cinayət işi başlanıb.

Fransa vətəndaşı Klerk Teqo Hüqo (Clerc Theqo Hugo) həbs olunub. Onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Avstraliyalı P. Han Pol (P.Han Paul) və Yeni Zelandiyalı İsmael De Sent Kvent (İsmael De Saint Quent) də təqsirləndirilən şəxs qismində tanınıblar. Ancaq istintaq müddətində onların azadlıqda qalmasına qərar verilib.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Adları çəkilən əcnəbilərin martın 30-da gecə saatlarında metro qatarlarının dayandığı depoya gizlicə daxil olaraq, bir neçə vaqonu boyadıqları iddia edilir. İttihama görə, onlar qatarları boyamaqla “Bakı Metropoliteni”nə 4 min 850 manat ziyan vurublar.

Əcnəbilər dövlət əmlakına qəsdən ziyan vurmaqda ittiham edilirlər.

Adları çəkilən təqsirləndirilən şəxslərin özləri və ya vəkillərinin bu ittihama münasibəti bilinmir.

XS
SM
MD
LG