Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Vəkil: 'Vətəndaşların mülkiyyəti 'dövlət ehtiyacı' adı ilə əlindən alınır'


arxiv foto
arxiv foto

“Azərbaycanda mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya normları kifayət qədər mütərəqqidir, amma bəzən onların izahı və təcrübədə tətbiqi böyük suallar doğurur”

Bunu vəkil Fuad Ağayev deyib.

Vəkilin sözlərinə görə, Azərbaycanda vətəndşın mülkiyyətini alarkən bəzən çoxsaylı hüquq pozuntularına yol verilir. F.Ağayevin qeyd etməsinə görə, Bakının mərkəzində və Bayıl qəsəbəsində bununla bağlı faktlar mövcuddur.

Onun fikrincə, əksər hallarda Səbail Rayon Məhkməsi və Bakı Apelyasiya Məhkəməsi vətəndşalrın hüquqlarını yeterli formada müdafiə etməyiblər.

“Ali Məhkəmənin Mülki Məcələlər üzrə kollegiyası belə məzmunlu iki işə baxarkən fərlqi qərarlar verib. Bir halda şikayət təmin edilib, digər halda isə yox”, deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, çox vaxt vərtəndaşların yaşayış məkanlarının əllərindən alınması dövlət əhəmiyyətli layihələrlə əsaslandırılır:

“Dövlət əhəmiyyətli layihə dedikdə biz, gərək fikrimizi dəqiqləşdirək. Yəni, qanunvericilikdə belə termin yoxdur. Qanunvericilikdə dövlət ehtiyacları üçün hansısa mülkiyyət alındıqda və sair var. Bakının “Sovetski” deyilən məhəlləsində baş verənlər dövlət ehtiyacları üçün torpaqların alınması adı altında davam etdirilir. Amma, əslində orada heç bir dövlət ehtiyacı yoxdur. Orada yol infrastrukturundan danışılır ki, həmin yol infrastrukturu da ancaq yerli əhəmiyyətlidir. Azərbaycanın dövlət yolları haqqında qanununda dövlət əhəmiyyətli yolların siyahısı tam şəkildə sadalanır. ”

Fuad Ağayev, 27 sentyabr 2017
Fuad Ağayev, 27 sentyabr 2017

Vəkilə görə, əslində bəzən “dövlət ehtiyacları” adı altında vətəndaşın mülkiyyəti əlindən alınır.

Məslənin məhkəmə müstəvisində həllinə gəlincə F.Ağayev qeyd edib ki, əksər hallarda vətəndaşlar məhkəmə qərarlarından narazı qalırlar:

“Amma məhkəmə araşdırlmaları zamanı bəzi şirkətlər vətəndaşların qanuni tələblərini qəbul edirlər. Bunula belə, əksər hallarda vətəndaşlar mülkiyyət hüquqlarının pozulması ilə Avropa İnsan halqarı məhkəməsinə müraciət edirlər”

Vəkilin bu fikirlərinə, hələlik, Məhkəmə Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Prezident İlham Əliyev ölkədə bu ildən məhkəmə-hüquq sahəsində islahatlara başlandığını bəyan edib.Rəsmilər ümumən hesab edirlər ki, ölkədə mülküyyət hüququ qorunur.

Xatırlatma

Bakının “sovetski” deyilən ərazisinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əsasən əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə ( hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub.Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

XS
SM
MD
LG