Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Separatçılar 'mini-gömrük' xəbərini təkzib edir


 Andrey Volkov
Andrey Volkov

Qarabağdakı separatçı rejim regionu Ermənistanla birləşdirən yolda Azərbaycanın gömrük postu quracağı haqda xəbərləri təkzib edib. AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu haqda separatçı rejimin “Milli Təhlükəsizlik Xidməti” məlumat yayıb.

Dekabrın 5-də Azərbaycanın İctimai Televiziyası Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun dekabrın 3-də azərbaycanlı jurnalistlərə açıqlamasını yayıb. Volkov deyir ki, Azərbaycan tərəfilə mini-gömrük quraşdırılması razılaşdırılıb.

Onun sözlərinə görə, sülhməramlıların birinci postunda (Laçın) Azərbaycanla birgə “mini-gömrük”, oraya yük maşınları və avtomobillərin yoxlanması üçün müasir avadanlıqlar quraşdırma üzrə razılıq əldə olunub.

Azərbaycan bu açıqlamanı rəsmən şərh etməyib.

Separatçı rejim təkzib edir

Qarabağdakı separatçı rejimsə bildirir ki, bu məsələ Volkovla müzakirə olunub, “o bildirib ki, dəhlizdə post qurulmayacaq, ona azərbaycanlılar nəzarət etməyəcək, sülhməramlıların olduğu yerlərdə azərbaycanlılar olmayacaq. Volkovun sözlərinə görə, yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki müşahidə vasitələrinin quraşdırılması planlaşdırılır”.

Şənbə günü Bakı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi” üçün əraziyə mütəxəssislərdən ibarət qrup göndərdyini bildirib. Nəticədə Gorus-Xankəndi yolunun 4 saat bağlı qaldığı bildirilir.

Azərbaycan dəhlizdən hərbi texnika daşındığını deyir

Azərbaycan rəsmiləri bundan əvvəl bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərinə hərbi texnika daşınır.

Hətta Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq da etmişdi. Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır”.

Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan hakimiyyəti Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməklə "Laçın dəhlizini bağlamaq, Artsax (Qarabağ) ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".

Buna cavab olaraq Azərbaycan da Ermənistanı soyqırımında ittiham edib.

Laçın dəhlizi niyə bağlandı? Amerikalı şərhçi: ”Belə qarşıdurmalar arta bilər, əgər...”
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Ötən il isə tərəflər arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası vacibliyi ilə bağlı daha iki bəyanat imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG