Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:30

Xarici dövlət borcu Maliyyə Nazirliyinin dediyindən çoxdur


Dollar
Dollar

Hesablama Palatası hökumətə irad tutaraq bildirir ki, o, dövlət zəmanətlərinin reyestrində olan borc öhdəliklərinin bir hissəsini dövlət borcu kimi göstərməyib. Söhbət «Azərkosmos» ASC, «Baku Bus» MMC, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərişıq» ASC və s. təşkilatların borc öhdəliklərindən gedir. Borcun məbləği isə gizli qalır.

2016-cı il üzrə dövlət büdcəsinə rəyində Palata xarici dövlət borcunun MN-nin təqdim etdiyi rəqəmlərdən daha yüksək olduğunu vurğulayır.

«AZƏRBAYCAN RESPUBLİKASININ VƏ HÖKUMƏTİNİN BORCLARI AYRICA AÇIQLANMALIDIR»

Büdcə məsələləri üzrə ekspert Rövşən Ağayev deyir ki, dövlət şirkətlərinin, xüsusən SOCAR-ın borcları dövlət zəmanəti ilə alınmır və bu borclar dövlət borcu statistikasına daxil edilmir.

«Ümumiyyətlə, bizdə xarici borc statistikasına yanaşma dəyişməlidir. Bunun üçün Mərkəzi Bank rübdə bir dəfə ölkənin investisiya mövqeyini açıqlamalıdır. İnvestisiya mövqeyində həm hökumətin, həm bütövlükdə dövlət sektorunun (dövlət zəmanəti verilən və verilməyən borcların məcmusu), həm bank sektorunun, həm də qeyri-maliyyə sektoruna aid bütün özəl sektorun xarici aktivləri və öhdəlikləri aydın görünür. Məsələn, Rusiya Federasiyasının xarici borcları dedikdə, bu ölkənin bütün subyektlərin borcu başa düşülür. Rusiya hökumətinin xarici borcu dedikdə isə, yalnız hökumətin borcları təqdim edilir. Odur ki, bizdə də Azərbaycan Respublikasının borcları və hökumətinin borcları ayrıca açıqlanmalıdır», – ekspertin fikirləridir.

BORC İLBƏİL ARTIR

Maliyyə Nazirliyinin hesabatına görə, bu ilin əvvəlinə xarici dövlət borcunun məbləği 12 milyard 241.3 milyon manatdır. Hökumət indiyədək 10 milyard 931.8 milyon ABŞ dolları həcmində, və ya ÜDM-nin 32.3 faizi qədər borc götürüb. Bunun 8.4 milyard dolları istifadə olunur. 2016-cı ildə kredit sazişləri üzrə borclar 604 milyon dollar artıb.

Axırıncı dəfə nə məqsədlə borc, kredit götürmüsüz?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

İndiyədək götürülən kreditlərin 1.9 milyard dolları qaytarılıb. 2017-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 913.2 milyon dollardır.

May ayı başa çatmaqda olsa da, Maliyyə Nazirliyi birinci rübün nəticələrinə görə xarici dövlət borcunun məbləğini açıqlamağa tələsmir.

ADAMBAŞINA 704.7 DOLLAR BORC YIĞILIB

Hesablama Palatası onu da hesablayıb ki, cəlb olunmuş kreditlərə görə adambaşına düşən xarici borc bir ildə 50.2 ABŞ dolları və ya 4.7 faiz artaraq, bu ilin əvvəlinə 1114.3 ABŞ dolları təşkil edir. Hər bir ölkə vətəndaşına düşən faktiki xarici borc isə 704.7 ABŞ dollarıdır.

HÖKUMƏT ABB-YƏ VERDİYİ 3 MİLYARD MANATDAN ƏLİNİ ÜZÜB?

Ekspertlər, elə Hesablama Palatasının özü də diqqəti daxili borclanma ilə bağlı problemə cəlb edirlər. 2016-cı ildə daxili dövlət borcu sayılan şərti öhdəliklərin həcmi birdən-birə 3 milyard 613.4 milyon manat azalıb. Palata ehtimal edir ki, bu, «dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin bağlanması ilə əlaqədardır».

Borclar dövlət zəmanəti ilə alınmış borcların Təminat Fondu hesabına ödənilib. Ekspertlər güman edirlər ki, bu məbləğin içərisində «Azərbaycan Beynəlxalq Bankı» ASC-yə (ABB) 2015-ci ildə dövlət büdcəsindən verilən 3 milyard manat məbləğində kredit də var. Başqa sözlə, hökumət bu pulun «batdığını» qəbul edib.

ŞİŞƏN, AMMA UÇOTA ALINMAYAN DAXİLİ BORC

Maliyyə Nazirliyi daxili borc olaraq beş mənbə üzrə 1 milyard 230.1 milyon manatı etiraf edir. Halbuki, dövlətə məxsus «Aqrarkredit» QSC 2015- 2016-cı illərdə ABB-nin problemli kreditlərin bağlanması məqsədilə dövlət zəmanətli 10 milyard manatlıq istiqrazlar satıb. Elə Mərkəzi Bankın Əmanətlərin Sığortalanması Fonduna ayırdığı 460 milyon manat kreditin bir hissəsi də daxili dövlət borcunun uçotunda nəzərə alınmayıb.

XS
SM
MD
LG