Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:52

Əliyevlərin sərvətini araşdıran yazar mükafat aldı


Miranda Patrucic
Miranda Patrucic

►Miranda Patrucic: “Boynum bükükdür, çünki, Xədicə İsmayıl hazırda həbsdədir”

Beynəlxaql Jurnalistika Mərkəzi (İCFJ - International Center for Journalists) Nyu-Yorkda nüfuzlu jurnalistika mükafatının - Knight International Journalism Award-ın qalıblərini elan edib. Bu haqda İCFJ-nin press-relizində bildirilir.

Mükafat Bosniya və Meksikadan olan araşdırmaçı jurnalistlərə verilib. Qaliblər arasında Sarayevoda çalışan Miranda Patrucic də var. Miranda Azərbaycanda və Özbəkistandakı korrupsiya faktlarını üzə çıxarmaqla tanınmışdı.

Digər mükafatçı isə araşdırmaçı Aristegui Noticias qrupudur. Həmin qrupa Meksikanın tanınmış jurnalistlərindən Carmen Aristegui rəhbərlik edir.

“Məhz bu araşdırmaçı jurnalistlər üst səviyyədə rəsmilərin adları qarışan kölgəli nüansları ifşa edərək dünyamızı dəyişirlər”.- ICFJ prezidenti Joyce Barnathan qaliblərin açıqlandığı mərasimdə deyib.

Sözügedən mükafat John S. ve James L. Knight Fondunun dəstəklədiyi ICFJ-nin qrupu tərəfindən təqdim olunur:

“Qaliblər dünya boyunca daha keyfiyyətli jurnalistikaya həyati ehtiyacı gücləndirirlər”.

____________________________________________________________

Bunlara da bax:
“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları
Meteoriti tapana 20 min dollar mükafat vədi

____________________________________________________________

Bunu isə Knight Fondu prezidentinin jurnalistika üzrə köməkçisi Jennifer Preston deyib.

Qaliblərdən Miranda Patrucic-sə həm xoşbəxt olduğunu, həm də qüssələndiyini ifadə edib.

“Belə bir mükafatı aldığı üçün mən xoşbəxtəm, onur duyuram. Ancaq boynum bükükdür, çünki, son bir neçə ildə dünyanın basqı olan ölkələrində mənim həmkarlarımın, özəlliklə yaxın dostum, əsil qəhrəman Xəidcə İsmayılın fəaliyyəti əngəllənib. O, Azərbaycanda hakim Əliyevlər ailəsinin korrupsiya əməllərini açdığı üçün 2014-cü ilin dekabrında həbs olunub və bu günədək həbsdədir” - deyə Miranda Patrucic bildirib.

Buna da bax: Əliyevlərin London mülkləri

"Prezidentlər gələn ay danışıqlara başlayacaqlarını dedilər"

"Prezidentlər gələn ay danışıqlara başlayacaqlarını dedilər"
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)

Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”

BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)

"İqtisadi böhran dərinləşir"
XS
SM
MD
LG