Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Ostin: ‘Xersonda, Xarkovda uğur görürük’


Xarkov vilayətində ukraynalı əsgər, 25 avqust, 2022-ci il
Xarkov vilayətində ukraynalı əsgər, 25 avqust, 2022-ci il

Rusiyapərəst hərbi blogerlər günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son üç gündə əsgərlərinin Xarkovdan şərqə və cənub-şərqə doğru 50 km irəlilədiyini iddia edib.

Sentyabrın 9-da günorta 12-dən sonra Xarkovun mərkəzinə Rusiya raketi atılıb, azı 10 nəfər yaralanıb. Bunu Telegram-da vilayət administratoru Oleq Sinehubov yazıb.

Prezidentin aparat rəhbəri Andrey Yermak Telegram-da qeyd edib ki, raket hücumu Ukraynanın döyüş zonasında uğuruna görə intiqam ola bilər.

“Ukrayna silahlı qüvvələrinin hər bir uğuruna, qələbəsinə rusiyalılar... günahsız insanlara zərbələrlə cavab verirlər”, – yazan Yermak yaralılar arasında uşaqların olduğunu təsdiqləyib.

Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Ukraynanın iki əkshücumu gerçəkdən davamlı və ciddi olarsa, Rusiyanın döyüş gücü və canlı qüvvəsi, eləcə də Rusiya komandirlərinin taktikası barədə şübhələri yenidən alovlandırar.

Kremlin bu işğalda son məqsədləri ilə bağlı da suallar yaranar. Son yeddi ayda Moskvanın hədəfləri bir neçə dəfə dəyişib.

Prezident Vladimir Putin həftənin əvvəlində iqtisadi forumda Rusiyanın döyüş tempini, Ukraynadakı itkilərini azaltmaq niyyəti olmamasına eyham vurub.

“Biz heç nə itirməmişik, heç nə itirməyəcəyik”, – o, Vladivostokda forumda deyib.

ABŞ və Qərb rəsmiləri Rusiyanın işğalda 80 minədək ölü və yaralı itkisi olduğunu deyir. Rusiya martın sonunda müharibədə 1351 hərbçinin öldürüldüyünü açıqlayıb.

***

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin deyir ki, Ukrayna qüvvələri iki əkshücumda döyüş uğurları göstərir və Vaşinqton işğalçı Rusiya qüvvələrinə qarşı döyüşdə Kiyevə “nə qədər lazım gəlsə” dəstək verəcək. Ostin sentyabrın 9-da Praqada çıxış edib.

Son günlər Ukrayna qüvvələrinin cənubda Xerson vilayəti və ikinci böyük şəhər Xarkovdan şərqdə və cənub-şərqdə irəliləməsinə dəlil artır. İki həftədir Xersonda böyük döyüşlər gedib. Son iki gündə isə Rusiya qüvvələrinin Xarkov yaxınlığından sıxışdırılması xəbərləri gəlir.

“Onlarla yaşayış məntəqəsi”

“İndi Xersonda uğurun şahidi oluruq. Xarkovda uğur görürük və bu çox ruhlandırıcıdır”, – Ostin Praqada çex həmkarı Yana Çernoçovayla görüşlərdən sonra jurnalistlərə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 8-də gecə müraciətində əsgərlərinin “onlarla yaşayış məntəqəsi”ni azad etdiyini iddia edib. Onun sözlərinə görə, son bir həftədə Rusiya qüvvələrindən min kvadrat kilometrdən çox ərazi geri alınıb.

Rusiya rəsmiləri cəbhələrdən heç biri, o cümlədən Ukraynanın uğurları haqda heç nə deməyib. Rusiyapərəst hərbi blogerlər isə günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir.

“Vəziyyət çox ciddidir”

Sentyabrın 9-da Xarkovda işğal olunmuş ərazilərə Rusiyanın təyin etdiyi administrator “Rossiya-24” televiziyasına deyib ki, Ukrayna rəsmiləri şərq vilayətində “əsaslı qələbə” əldə ediblər.

“İndi vəziyyət çox ciddidir. Müdafiə xəttimizin pozulması faktı artıq Ukrayna silahlı qüvvələri üçün əsaslı qələbədir”, Vitali Qançev bildirib.

ABŞ rəsmiləri sentyabrın 8-də Ukraynaya 675 milyon dollarlıq silah paketi açıqlayıb. Bundan əlavə Avropada təhıükəsizliyin gücləndirilməsəinə 2 milyard dollar vəd olunub.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan ABŞ Kiyevə 15.2 milyard dollarlıq hərbi təchizat göndərib.

XS
SM
MD
LG