Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:44

Kimə kasıb demək olar? Neçə manat qazanana?


Qalib Toğrul
Qalib Toğrul

►"136 manat" hardan çıxdı?

2016-cı il üçün yaşayış minimumu açıqlanıb: ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılarçün 115 manat, uşaqlar üçün 117 manat.

Gələn il dövlətdən ünvanlı sosial yardım istəyənlərin ehtiyac həddi 105 manat məbləğində təsdiqlənib.

İqtisadçı ekspert Qalib Toğrul AzadlıqRadiosuna müsahibəsində yaşayış minimumunun təyinatından, istifadə mexanizmindən və mövcud durumdan danışıb.

- Qalib bəy, sosial siyasəti müəyyənləşdirərkən, hansı göstəricilərdən istifadə edirlər?

- Əsasən, 4 göstəricidən - minimum istehlak səbəti, yaşayış minimumu, ehtiyac meyarı və minimum əməkhaqqından. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafiq qrupları - əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üzrə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin Nazirlər Kabinetinin təsdiqlədiyi, elmi cəhətdən əsaslandırılmış normalarıdır.

- Bir az daha açıqlardınız...

- Azərbaycan qanunvericiliyinə görə, yaşayış minimumu məhz bu səbətin dəyərindən və üstəlik, icbari ödənişlərin cəmindən ibarət olmalı, ildə bir dəfə hesablanıb dövlət büdcəsində təsdiqlənməlidir. Ölkəmizdə yaşayış minimumunun ərzaq, qeyri-ərzaq və xidmətdən ibarət real səbət əsasında hesablanıb-hesablanmaması barədə məlumat yoxdur. Məlum olan onun məbləğinin hər ilin sonunda növbəti il üçün təsdiqlənməsi faktıdır. Əslində, bütün dünyada bu minimum göstərici qırmızı xətti - yoxsulluq həddini bildirir. Qanunvericlikdə də əksini tapıb ki, bu göstərici aztəminatlılıq həddini müəyyənləşdirir. Ancaq yadınızdadırsa, bizdə son illərədək Dövlət Statistika Komitəsinin də açıqladığı yoxsulluq həddi göstəricisi vardı. Onun məbləği yaşayış minimumundan fərqlənirdi. Belə çıxırdı ki, bu göstərici tam başqa metodologiya ilə hesablanır. Son illərdə həmin göstərici açıqlanmır.

Buna da bax: Polis Əli Kərimlinin müavinini evindən apardı

- Bu göstəricidən nə üçün istifadə edilir?

- Qanunvericiliklə yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ehtiyac meyarının müəyyənləşdirilməsinin əsası sayılır. Ancaq əslində, ölkəmiz bu göstəricidən yalnız əməkhaqqından gəlir vergisi tutularkən istifadə edir. Vergi Məcəlləsinə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3 min manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi vergidən azad edilir.

Təklif edirəm ki, bu 5 göstəricinin əvəzinə vahid göstərici müəyyənləşdirilsin və əhalinin hayat səviyyəsinin qiymətləndirilməsində, sosial rifahla bağlı rəsmi sənədlərin hazırlanmasında yalnız bir göstəricidən istifadə edilsin.

- Ehtiyac meyarı olduğu halda yaşayış minimumunu müəyyənləşdirməyə nə ehtiyac var?

- Ehtiyac meyarının məbləği də dövlət büdcəsi ilə birgə hər il təsdiqlənir və bu göstəricidən yalnız ünvanlı dövlət sosial yardımı təyin edilərkən istifadə olunur. Burada haqlı bir sual meydana çıxır ki, qanunvericiliklə aztəmiantlılıq həddini yaşayış minimumu müəyyənləşdirirsə, o zaman ehtiyac meyarına nə gərək qalır? İndi ölkəmizdəki yoxsulluq həddini, faktik olaraq, ehtiyac meyarı təyin edir. Minimum əməkhaqqı isə, Əmək Məcəlləsinə uyğun olaraq və iqtisadi, sosial şəraiti də nəzərə alaraq, qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir. Bu göstərcinin məbləğini prezident müəyyənləşdirir. Göründüyü kimi, ölkəmizdə əhalinin həyat səviyyəsinin ölçülməsi, minimum hədlərin müəyyənləşdirilməsi üçün - yoxsulluq həddini də saysaq, 5 rəsmi göstəricidən istifadə olunur. Təklif edirəm ki, bu 5 göstəricinin əvəzinə vahid göstərici müəyyənləşdirilsin və əhalinin hayat səviyyəsinin qiymətləndirilməsində, sosial rifahla bağlı rəsmi sənədlərin hazırlanmasında yalnız bir göstəricidən istifadə edilsin. Belə göstəriciyə ən uyğun gələni də məhz yaşayış minimumudur. Çünki bu göstəricini real normativlər əsasında hesablamaq olar. Bu zaman əhalinin dəyişən gəlir və xərclərini, inflyasiyanın təsirinin nəzərə almaq da mümkündür.

- Yaşayış minimumda gələnilki artımı nə dərəcədə yetərli saymaq olar?

- 2004-cü ildən başlayaraq, hər il yaşayış minimumunun artımı təmin edilib. Qanunvericilik hər 3 göstəricinin qarşılıqlı artımını nəzərdə tutsa da, minimum əməkhaqqı və ehtiyac meyarının yaşayış minimumundan xeyli geri qalması arzuolunmaz haldır. Artımların proqnozlarda nəzərdə tutulan tempdən geri qalması da gözdən qaçmamalıdır. Yadınızdadırsa, iqtisadi inkişaf və maliyyə nazirliklərinin birgə hazırladığı üçillik sosial-iqtisadi inkişaf proqnozlarına görə, 2015-cü ildə yaşayış minimumu 146 manata, ehtiyac meyarı 114 manata, minimum əməkhaqqı da 140 manata çatdırılmalıydı. Halbuki bu il ehtiyac meyarı 131 manat, minimum əməkhaqqı 105 manat olub.

XS
SM
MD
LG