Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

'Əliyevin dediyi rəqəmlər var, ət yoxdur'


Ilham Aliyev, Naxçıvanda, Daxili Qoşunlara məxsus yeməkxana 11 yanvar 2017
Ilham Aliyev, Naxçıvanda, Daxili Qoşunlara məxsus yeməkxana 11 yanvar 2017

Yerli media 5 fevral tarixində Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasından, tələbələrin təhsil haqqını verə bilməməsindən, Azərbaycanda ət istehsalının tələbatı tam ödəməsi ilə bağlı rəsmi rəqəmlərin reallıqla üst-üstə düşməməsindən yazır.

Artım 10-15 milyon dollar olub:Yerdə qalan vəsait hardan yaranıb? - Mərkəzi Bankın növbəti yalanı

“Artım 10-15 milyon dollar olub:Yerdə qalan vəsait hardan yaranıb?”

Qaynarinfo.az yazır ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur.

İqtisadçı Samir Əliyev sayta Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilə bağlı son açıqlamasını şərh edib, deyib ki, Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırması təəccüb doğurur.

Azərbaycan Mərkəzi Bankı, Bakı
Azərbaycan Mərkəzi Bankı, Bakı

Bəs onda necə oldu ki, bizim Mərkəzi Bankın ehtiyatları qısa müddətdə bu həcmdə artdı?

Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın xəsisliklə paylaşdığı məlumatlar fonunda bunun səbəbini müəyyənləşdimək çətindir:

“Yenə də onu tapmağa çalışaq. Məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb? Ehtiyatların idarə edilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7% azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir".

Ekspertin fikrincə,yeganə səbəb kimi Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar.

Əliyevin dediyi rəqəmlər var, ət yoxdur

Vahid Məhərrəmov Bilirsinizmi azərbaycanlılar adambaşına nə qədər ət istehlak edir? İlham Əliyev deyib ki, “mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”. Reallıq isə belədir: Azərbaycan

"Mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”

Mal əti , Bakı bazarı,12 dekabr 2016
Mal əti , Bakı bazarı,12 dekabr 2016

Azadlıq.info yazır ki, Azərbaycanda mal və qoyun əti ilə təminatı prezidentin açıqladığı kimi yüksək səviyyədə deyil.

Ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycan 2015-ci ildə 319 min ton ət istehsal edib, bunun 100 min tonu quş əti, qalan 219 min tonu isə mal və qoyun ətidir: Buraya ölkəyə kəsim üçün idxal olunn diri heyvanların əti də daxildir. Ümumilikdə,bu qədər ət ölkə təlabatının az bir hissəsini ödəyir. İlham Əliyevin ət təminatı ilə bağlı dedikləri (“mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”) Nazirlər Kabinetinin müəyyən etdiyi minimum istehlak səbətindəki rəqəmlərə əsaslanır. Bu rəqəmləri ümumi norma kimi təqdim etmək və müqayisə aparmaq qüsurludur”. Ekspert bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına il ərzində ət istehlakı 84 kiloqram nəzərdə tutulur. Azərbaycanda isə bu göstərici 2,5 dəfədən də çox aşağıdır. Ölkədə adambaşına il ərzində 33 kiloqram ət və ət məhsulları istehlak olunur. Bu da müəyyən edilmiş normanın 39 faizi qədərdir, - Vahid Məhərrəmov deyir.

“İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar praktiki addımlar atılır”

“Ölkədə səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə qeyd edilməlidir”. Teleqraf.com-un yazdığına görə, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, əhalinin bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Onun sözlərinə görə, səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib.

İ.Məmmədov deyir ki, səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılması da böyük əhəmiyyət daşıyır. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar praktiki addımlar atılır.

“Bu universitetdə tələbələrin 1.9 milyon təhsil haqqı borcu var”

Fins.az yazır ki, tələbələrin Dövlət Pedoqoji Universitetinə 1 milyon 907 min manat təhsil haqqı borcu yaranıb. Universiteti mətbuat xidməti xəbər verir ki, indi bakalavr səviyyəsində təhsil alan tələbələrin ümumilikdə 1 milyon 779 min manat, ali təhsilinin magistratura səviyyəsində təhsil alan tələbələrin isə 128 min manat təhsil haqqı borcu qalıb.

Azərbaycan, Pedaqoji Universitet, 10 noyabr 2013
Azərbaycan, Pedaqoji Universitet, 10 noyabr 2013

Ancaq buna baxmayaraq indiyə qədər təhsil haqqını ödəyə bilmədiyi üçün heç bir tələbənin təhsilini yarımçıq qoyması faktı qeydə alınmayıb:

“ADPU-da təhsil haqqını tam ödəməyən tələbə yoxdur. ADPU-nun rəhbərliyi tərəfindən tələbələrə tədris ili dövründə təhsilhaqqını iki dəfəyə ödəməyə icazə verilib. Yəni maddi cəhətdən imkansız olan tələbələr təhsilhaqqının yarı hissəsini tədris ilinin əvvəlindən yanvar ayına kimi, qalan yarı hissəsini isə tədris ilinin sonuna kimi ödəyir”

“Azərbaycan bal ixracına başlayıb”

"Azərbaycan balı ərəb ölkələrində bəyənilib. Bu ildən etibarən, Azərbaycandan həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən irəli sürülüb".

Bunu "Report" a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Düzdür, Azərbaycanın təbii potesialına görə hazırda ölkədə kifayət qədər bal istehsal edilmir. Bununla belə, ixrac imkanlarını da nəzərdən keçiririk. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində iki ixrac missiyasında iştirak etmişik. Biz Dubay və Almaniya bazarlarında Azərbaycan balına olan tələbatı araşdırmaq niyyəti ilə bu səfərlərə yollanmışdıq. Artıq Dubaya bal idxalına dair sifariş qəbul etmişik", - deyə B.Həsrətov əlavə edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Yaponiyaya 6 ton bal ixrac edilib.

“Dövlət teatrı xalq artistlərini yarımştata keçirdi”

Modern.az yazır ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident təqaüdçüsü və Prezident mükafatçıları olan, yaşı 65-i və 70-i ötmüş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar xəbərlər yayılıb. Bu sırada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı kimi aktyorların da adları çəkilir.

Azərbaycan, Teatr, 2016
Azərbaycan, Teatr, 2016



Yayılan məlumatlarda teatr rəhbərliyinin bu qərarının birmənalı qarşılanmadığı, xalq artislərinin etirazına səbəb olduğu bildirilib.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məsələylə əlaqədar bildirib ki, teatrın bədii şurasının qərarına əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

XS
SM
MD
LG