Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

Hər həftə azı bir ölü...


İllüstrasiya
İllüstrasiya

►İcra hakimiyyəti isə deyir, adamlar tənbəlliyin daşını atıb yaxınlıqdakı keçiddən keçsələr, faciə baş verməz

“Həmin yolun kənarında iri market var, yaşayış var. Ancaq keçid yoxdur. Hər həftə bir qəza, hər həftə azı bir ölü…”

İyunun 22-də səhər saatlarında Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində baş verən növbəti avtomobil qəzası ərazidə yaşayan sakinləri qəzəbləndirib.

Onların deməsinə görə, hadisə zamanı bir qadın ağır yaralanıb.

Həmin küçədə yaşayan Mehman Qədirov “Qaynar xətt”ə deyir, təcili yardım da hadisə yerinə təqribən 30 dəqiqədən sonra gəlib çıxıb:

ARAKƏSMƏNİN ÜSTÜNDƏN KEÇİR

“Qadın huşsuz vəziyyətdə yolun ortasında qalmışdı. Adamlar kömək etmək istəsələr də, polislər imkan vermirdilər, deyirdilər, “mütləq təcili yardımı gözləmək lazımdır”. Başa sala bilmirdik ki, bu, insandır, orqanları ağır zədələnib, hər an keçinə bilər. Adı təcili yardım olan, özü hadisə yerinə yarım saata gəlib çatan həkimdənsə, elə özümüz yaralını xəstəxanaya götürək”.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Buzovna sakinləri qəzalara səbəb kimi ərazidə keçid olmamasını göstərirlər. Onlar qarşı yoldakı marketə tərəf keçmək istəyən adamların arakəsmələrin üzərindən hoppandığını deyirlər. Buzovna sakini Ədibə Babaşova deyir, o özü də qarşı yola keçməkdən ötrü gündə azı bir dəfə həmin arakəsmənin üzərindən keçir:

“Bu yolda sürət çox yüksəkdir. Sürücünü də qınamalı deyil. Burda çoxu ölüb, çoxu şikəst olub. Guya tədbir gördülər, gətirib arakəsmələri “svarka” elədilər ki, adamlar keçməsinlər. yaxşı, bəs adamlar havayla gedib-gəlsinlər? Biz də başladıq üzərindən hoppanıb keçməyə. Nə yeraltı, nə yerüstü keçid yoxdur”.

“ÖZLƏRİNƏ ƏZİYYƏT VERMƏK İSTƏMİRLƏR”

Buzovna sakinləri keçid tikilməsindən ötrü aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Dövlət Yol Polisindən onlara bildirilib ki, keçid məsələsinin həlli üçün “Azəryolnəqliyyat”a məktub göndərilib.

Xəzər rayon icra hakimiyyəti isə deyir, qeyd olunan ərazidə yerüstü keçid var. Sadəcə, adamlar özlərinə əziyyət vermək istəmirlər:

“300-500 metr gedib keçiddən keçməyin tənbəlliyini edirlər. Faciə baş verəndə isə səslərini başlarına atırlar. Həmin yolda bir neçə yerüstü keçid var”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG