Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

YouTube RT-nin almanca kanallarını silir


Arxiv fotosu
Arxiv fotosu

RT-nin baş redaktoru Marqarita Simonyan YouTube-un qərarını pisləyib, Rusiya hökumətini ölkədə Almaniya mediasına qadağa qoymağa çağırıb

Almaniya hökumətinin sözçüsü Berlinin bu qərarda rolu olmadığını deyib.

Kremlin sözçüsü Dmitri Peskov YouTube şəbəkəsini “senzura”da ittiham edib.

“Roskomnadzor” media tənzimliyici orqanı YouTube-a Rusiyada girişin məhdudlaşdırılacağı haqda xəbərdarlıq edib. Qurum şəbəkə sahiblərinə məktubunda hər iki kanala “bütün məhdudiyyətlərin mümkün qədər tez qaldırılmasını tələb edib”.

2005-ci ildə təsis edilmiş “Russia Today” davamlı olaraq yayımını genişləndirib, ingilis, rus, ispan, ərəb dillərində yayınlanıb.

Ancaq telekanal bir sıra ölkələrdə qalmaqala səbəb olub. Birləşmiş Ştatlar ondan “xarici agent” kimi qeydiyyatdan keçməyi tələb edib, Britaniya hakimiyyəti lisenziyasını ləğv etməklə hədələyib.

Kanal Litva və Latviya daxil olmaqla bir sıra keçmiş sovet respublikalarında qadağan olunub.

RT Almaniyada onlayn yayınlanır, ölkədə yayın lisenziyasını hələ əldə etməyib.

Luksemburq isə ötən ay RT-yə almandilli kanalın yayını üçün lisenziya verməkdən imtina edib, əməliyyatların Almaniyadan aparılmasını əsas gətirib.

***

YouTube videopaylaşım platforması Rusiyanın dövlətə məxsus RT media şirkətinin almanca iki kanalını silib, Moskva isə cavab addımı ilə hədələyib.

Kanalların silinməsi haqda RT DE-nin rəhbəri Dinara Toktosunova sentyabrın 28-də Telegram-da açıqlama yayıb.

RT qadağadan yayınmaq istəyib

YouTube-un sahibi olan ABŞ-ın Google texnologiya nəhəngi RT DE və Der Fehlende Part (Çatışmayan tərəf) kanallarının silməsini onların COVID-19 və vaksinlər haqda “dezinformasiya” yayması ilə əlaqələndirib.

Google bildirib ki, RT DE-yə qaydaları pozması haqda xəbərdarlıq olunub və dərcetmə funksiyası müvəqqəti bloklanıb.

RT isə Der Fehlende Part kanalında material yaymaqla qadağadan yayınmağa çalışıb və nəticədə hər iki kanal silinib. YouTube sözçüsü Almaniyanın Deutsche Welle bu haqda danışıb. Bu kanal rusca daxil olmaqla 30 dildə yayımlanır.

YouTube bildirir ki, platformada “yerli səhiyyə orqanlarının, yaxud Dünya Səhiyyə Təşkilatının (DST) COVID-19 haqda tibbi informasiyasının ziddinə” kontentin yayılmasına icazə vermir.

Rusiyanın reaksiyası

Birləşmiş Ştatlar və Avropa Rusiyanı COVID-19 və vaksinlər haqda saxta informasiya yaymaqda ittiham edir.

RT-nin baş redaktoru Marqarita Simonyan YouTube-un qərarını pisləyib, Rusiya hökumətini ölkədə Almaniya mediasına qadağa qoymağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi hökumət agentliklərindən YouTube və Almaniyanın dövlət mediasına qarşı tədbirlər görülməsini istəyəcəyini bildirib.

“Rusiyaya qarşı informasiya müharibəsi məntiqinə uyğun gələn bu insidentin xarakterini nəzərə alaraq, Rusiyada Almaniya mediasına qarşı simmetrik qarşılıqlı tədbirlər görmək nəinki müvafiq, hətta vacib addımdır”, – nazirlik bəyanatında deyib.

XS
SM
MD
LG