Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

'Avropa Birliyi bir layihə kimi cazibədarlığını itirib'


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

►Zərdüşt Əlizadə hesab edir ki, Böyük Britaniya parçalanacaq

“Britaniyanın Avropa Birliyinin tərkibindən çıxması bu qurumun cazibədarlığını azaldır.

Siyasi şərhçi Zərdüşt Əlizadə bu fikirdədir. Onun sözlərinə görə, bu fakt, xüsusilə, keçmiş post sovet ölkələrində antiavropa tərəfdarlarının əlinə böyük girəvə verir:

'Avropa Birliyi bir layihə kimi cazibədarlığını itirib'- Zərdüşt Əlizadə
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

“Gürcüstanda, Ermənistanda, Ukraynada, Belarusda, elə Azərbaycanda da belə bir eyforiya vardi ki, biz Avropa Birliyinə girsək, bütün işlərimiz düzələcək, demokratiya sürətlə gələcək, Şərq Tərəfdaşlığı böyük bir irəliləyişə yol açacaq. Amma İngiltərə göstərdi ki, Avropa Birliyi bir layihə kimi cazibədarlığını itirib”.

“Avropa Birliyi böhrana doğru gedir”

Politoloq hesab edir ki, Britaniyanın bu qərarı Avropa Birliyini silkələməli, öz bürokratiyasına yenidən baxmalıdır.

“15-20 ildir, təhlilçilər yazırlar ki, Avropa Birliyi böhrana doğru gedir, bunun da səbəbi yüksək bürokratiya ilə sadə avropalılar arasında keçilməz maneənin yaranmasıdır”,

Zərdüşt Əlizadə deyir. Onun fikrincə, Avropa Birliyi aşağılardan gələn impulslara çevik reaksiya vermir.

Müsahibimiz hesab edir ki, Britaniya da bu qərarının mənfi təsirlərini Şotlandiyanı, hətta ola bilsin ki, Şimali İrlandiyanı itirəndə hiss edəcək:

“Referendumda bölgələr üzrə səslərə baxanda görürsən ki, Uels, Şotlandiya, Şimali İrlandiya Avropa Birliyinin tərkibində qalmağa səs verib. Şotlandiyada müstəqillik meylləri daha güclüdür, yəqin ki, onlar Britaniyanın tərkibində qalıb-qalmamaq məsələsini yenidən aktuallaşdıracaqlar. Hətta Britaniya bir neçə ölkəyə parçalana bilər”.

“Azərbaycan avrointeqrasiya fikrindən uzaqdır”

Britaniyanın bu qərarı Azərbaycandakı avrointeqrasiya məsələlərini gündəmdən çıxaracaqmı?

Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə xoş münasibətlərdə maraqlıdır, ancaq bu məkana inteqrasiya olmaq fikrindən uzaqdır.

Müsahibimiz deyir ki, Azərbaycanın Britaniyadan əsas tərəfdaşı Bp neft şirkətidir, bu şirkət isə insan haqlarına, demokratiya məsələlərinə qarışmır: “Neft daşısın, satsın, pul qazansın, bu da davam edir”, - siyasi şərhçi vurğulayır.

XS
SM
MD
LG