Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Duma deputatı Zatulinin Ermənistana səfərləri 'arzuolunmaz' elan edilib?


Konstantin Zatulin
Konstantin Zatulin

Russia Today telekanalının rəhbəri Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. Bu haqda Simonyan özünün Telegram kanalında məlumat yayıb.

O, postunda Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistana girişinə qadağanı şərh edib. Simonyan özüylə bağlı qadağadan necə xəbər tutduğunu yazmayıb.

+++

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin Ermənistana səfərləri “arzuolunmaz” hesab edilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Zatulinin özü teleqram-kanalda yayıb. O eyni zamanda bu barədə ona Ermənistan Milli Məclisindən göndərilən məktubu dərc edib.

Məktubda deyilir:

“Ermənistan Respublikası Milli Məclisi rəhbərliyinin tapşırığı ilə sizə təəssüflə məlumat veririk ki, sizin son vaxtlar Ermənistan Respublikasına ünvannlanmış bəyanatlarınız ölkələrimiz arasında dost və starteji münasibətlərə ziyan vurur. Bununla əlaqədar sizin bundan sonra Ermənistan Respublikasına gəlişiniz arzuolunmaz hesab edilir”.

Konstantin Zatulin bu qərarı onun üçün gözlənilməz və təhqiramiz olduğunu yazıb.

Zatulin Yerevanda keçirilən “Lazarev klubunun” iclasında iştirak etməli idi.

Azatutyun yazır ki, bunun Zatulinin non grata elan edilməsi olub-olmadığı bilinmir.

Azatutyunun bildirdiyinə görə, iqtidar deputatı, baş nazirin qohumu Qraçya Akopyan deyib ki, xarici siyasətçinin Ermənistanın daxili siyasi həyatı ilə bağlı bu sayaq bəyanatları qəbuledilməzdir.

Ermənistanın Aykakan Jamanak qəzeti xatırladır ki, Zatulin çıxışlarında baş nazir Nikol Paşinyanı 44 günlük müharibədə məğlubiyyətə görə ittiham edib.

Qəzetin yazdığına görə o ölkənin daxili siyasətinə qarşıb və hətta Paşinyanın istefasını tələb edib.

Azatutyun yazır ki, Zatulin iki həftə bundan əvvəl Yerkir media saytına müsahibəsində Paşinyanı “Azərbaycana dəhliz verən” sənədi (üçtərəfli bəyanatı-red) imzalamaqda ittiham edib:

“O və ermənilər bu sualı niyə Rusiyaya ünvanlayırlar? Sizin baş naziriniz belə bir şərtə qol çəkib”.

Qraçya Akopyan deyib ki, bütün bunlar nəzərə alınanda Milli Məclisin reaksiyası ədalətli və gözlənilən olub.

"Ermənistanın 127 kv kilometr ərazisini itirmişik"
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG