Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:53

Zelenski Mariupolun müqavimət göstərdiyini deyir


Mariupolda dağıdılmış bina
Mariupolda dağıdılmış bina

Rusiya ABŞ rəsmilərindən bəzilərinə səyahət qadağası açıqlayıb

Mariupolun meri ‘tam evakuasiya’ üçün müraciət edir

Mariupolun meri Rusiya qüvvələrinin tam nəzarətə aldığını iddia etdiyi şəhərdən “tam evakuasiya” üçün müraciət edib.

“Bircə şey istəyirik – əhalinin tam evakuasiyasını. Mariupolda 100 minədək insan qalır”, – mer Vadim Boyçenko aprelin 22-də dövlət televiziyasında deyib.

Boyçenko onminlərlə insanın öldürüldüyünü deyib. Ancaq bu iddianı təsdiqlətmək mümkün olmayıb. Rusiya Ukraynada dinc sakinləri vurmadığını bildirir.

Baş nazirin müavini İrina Vereşçuksa bildirib ki, Ukrayna aprelin 22-də dinc sakinlərin evakuasiyası üçün heç bir humanitar dəhliz planlaşdırmır.

“Marşrutlar boyunca təhlükəsizlik məsələsinə görə bu gün humanitar dəhlizlər olmayacaq”, – Vereşçuk Facebook-da yazıb.

“Evakuasiya gözləyənlər, təmkinli olun, gözləyin”, – o qeyd edib.

Aprelin 21-də Mariupoldan üç avtobusla əsasən qadınlar olmaqla 79 nəfərin çıxarıldığı bildirilir.

Moskva və Kiyev adətən bir-birini evakuasiya planlarını pozmaqda suçlayır.

***

Ukraynanın mühasirədə olan Mariupol şəhərində Rusiya qüvvələrinə müqavimət davam edir. Bunu Prezident Volodimir Zelenski aprelin 22-də deyib. Rusiya isə bundan öncə Azov dənizi sahilindəki strateji liman şəhərini “azad etdiyini” açıqlayıb. Şəhər iki aydır intensiv atəş altındadır, minlərlə insan həlak olub, böyük dağıntılar var.

Rusiya Prezidenti Vladimir Putin aprelin 21-də Mariupolun “azad olunduğunu” iddia edib, Azovstal dəmir polad zavodunu hücumu isə dayandırmaq əmri verib. O, qərarını Rusiya əsgərlərinin həyatını riskə atmağa ehtiyac olmaması ilə izah edib. Azovstal-da bir neçə min əsgərin və minlərlə dinc sakinin olduğu bildirilir.

Zelenski isə döyüşün davam etdiyini söyləyir.

“İşğalçılar ölkəmizin cənubunda və şərqində azı müəyyən qələbələr haqda danışmaq üçün hər şey edirlər”, – o, videomüraciətində deyib.

“Bunkerlərdə yaralılar və ölülər var”

Azovstal-ın müdafiəçilərindən Svyatoslav Palamar BBC-yə deyib ki, zavodun yerüstü hissəsi əsasən dağıdılıb. “Bunkerlərdə yaralılar və ölülər var. Dağıdılan binaların altında bəzi dinc sakinlər qalıb”, – o deyib.

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin zavoda hücumu davam etdirdiyini deyirlər.

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə, dinc sakinlərin Mariupoldan çıxmasına icazə verməyə çağırıb.

Britaniya ordusunun aprelin 22-də yaydığı gündəlik məlumatda isə deyilir ki, Putinin Azovstal-ı blokadaya almaq qərarı Mariupolda müqaviməti önləmək istəyini göstərir.

“Rusiyanın zavoda tam quru hücumu ona ciddi itkilərə başa gələr, döyüş qabiliyyətini azaldardı”, – məlumatda vurğulanır.

Aya 7 milyard dollar

Britaniya ordusu Donbasda atışmanın davam etdiyini, Rusiyanın Ukraynanın şərqində irəliləməyə çalışdığını bildirib.

ABŞ Prezidenti Co Bayden də Rusiyanın Mariupolda qələbə iddiasını sual altına alıb, Ukraynaya əlavə 1.3 milyard dollarlıq yardım elan edib.

Zelenski yardıma görə təşəkkür edərək ölkəsinə daha çox kömək gərəkdiyini bildirib. Onun sözlərinə görə, müharibə üçün silah və puldan savayı, iqtisadi itkiləri qarşılamaq üçün ölkəsinə hər ay 7 milyard dollaradək vəsait lazım olacaq.

Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu liderlərinin toplantısında virtual çıxış edən Zelenski deyib ki, ölkədə onminlərlə bina, vacib infrastruktur dağıdılıb, onları yenidən qurmağa yüzmilyardlarla dollar gərəkəcək.

Rusiyadan səyahət qadağası

Rusiya ABŞ rəsmilərindən bəzilərinə səyahət qadağası açıqlayıb. Siyahıda ABŞ-ın Vitse-prezidenti Kamala Harris, Meta şirkətinin baş icraçı direktoru Mark Zukerberq, daha 27 tanınmış amerikalının adları var.

Rusiyanın Xarici İşlər Nazirliyi bunun “Rusiyaya qarşı genişlənməkdə olan sanksiyalar”a cavab olduğunu bildirib, siyahıya salınanların ABŞ-da “rusofobik yanaşma” formalaşdırdığını iddia edib.

Siyahıda Müdafiə nazirinin müavini Ketlin Hiks, Pentaqonun sözçüsü Con Körbi, teleaparıcı Corc Stefanopolos, “Washington Post”un yazarı Deyvid İqnatius, Meduza xəbər saytının redaktoru Kevin Rotrok, Dövlət Departamentinin sözçüsü Ned Prays da var.

Prays Dövlət Departamentində brifinqdə səyahət qadağası siyahısına düşməkdən şərəf duyduğunu deyib. Rusiyaya hansısa səfər planlarını təxirə salmalı olmasına gəlincə, “Xoşbəxtlikdən, rublum yoxdur, olsaydı belə, indiyədək dəyərdən düşəcəkdi”, – deyə cavab verib.

Rusiya daha öncə “rusofobik” siyasət yaymağa görə 61 kanadalıya da oxşar qadağalar tətbiq edib.

İndiyədək ABŞ, Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə, onun qızlarına, Xarici işlər naziri Sergey Lavrova və ailə üzvlərinə, Putinə yaxın oliqarxlara sanksiyalar açıqlayıb.

XS
SM
MD
LG