Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

MSK və «exit-poll»ların nəticələri üst-üstə düşür


13 may seçkiləri
13 may seçkiləri

Mayın 13-də 10 dairə üzrə keçirilmiş təkrar parlament seçkilərinin nəticələri açıqlandı. Bütün məntəqələrindən gələn göstəricilər hesablandıqdan sonra MSK liderlik edən namizədləri müəyyənləşdirib. Bolqarıstan İctimai Birliyi üçün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının –AVCIYA və Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) keçirdikləri «exit-poll»lar bütün dairələr üzrə rəsmi nəticələrlə üst-üstə düşür.



DAİRƏ


SOYADI, ADI,


SİYASİ MƏNSUBİYYƏTİ


MSK


BRİ


AVCIYA


9 Binəqədi ikinci


Cəbrayılov Rəfael, bitərəf


31,87%


27,7%


28%


31 Suraxanı ikinci


Vəliyev Əhməd, YAP


72,55%


67,8%


67%


38 Nizami (Gəncə) ikinci


Hacıyev Asəf, bitərəf


62,6%


64,2%


67%


42 Sumqayıt ikinci


Kərimov Məcid, YAP


81,8%


79,7%


80%


44 Sumqayıt-Abşeron


Tağıyev Baba, bitərəf


64,77%


59%


49%


69 Cəlilabad-Masallı-Biləsuvar


İbrahimli Fəzail, VHP


49,28%


43,6%


44%


103 Gədəbəy


Məmmədhəsənov Rafiq, YAP


56,64


44,8%


55%


106 Tovuz-Qazax-Ağstafa


İsmayılov İlyas, Ədalət


71,14%


65,4%


67%


110 Zaqatala


Atayev Hikmət, YAP


65,02%


49,1%


72%


119 Ağdam kənd


Sadıqov Bəxtiyar, YAP


63,03%


71%


58%



Təkrar seçkilərdə 124 namizəd iştirak edib. Onların 60 nəfəri bitərəf, 17 nəfəri isə partiya mənsubiyyətini göstərməyib. 10 nəfər müxalifətdə olan Müsavat, 8 nəfər isə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdi. Qalan 29 namizəd isə 12 müxtəlif partiyanın təmsilçiləri idi. Namizədlərin 106-sı kişi, 18-i qadındır.


Seçkiləri müşahidə etmək üçün 20-dən yuxarı beynəlxalq qurumu təmsil edən 165 beynəlxalq müşahidəçi qeydə alınıb. Namizədlərin vəkilləri ilə birlikdə, həmçinin KİV təmsilçilərini də nəzərə alsaq seçkiləri 6500-ə qədər müşahidəçi izləyib.


Rəsmi nəticələr 20 gün müddətində şikayətlər araşdırıldıqdan və Konstitusiya Məhkəməsinə göndərildikdən sonra açıqlanacaq.


XS
SM
MD
LG