Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

ABŞ Azərbaycana təlim keçir


Təlimlərdə hüquq-mühafizə orqanlarının 100-ə yaxın nümayəndəsi iştirak edir
Təlimlərdə hüquq-mühafizə orqanlarının 100-ə yaxın nümayəndəsi iştirak edir

ABŞ-ın Müdafiə Departamenti, Federal Təhqiqat Bürosu, Gömrük və Sərhədləri Müdafiə Agentliyi Azərbaycanın hüquq-mühafizə orqanlarına kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçir.


İyunun 7-də Fövqəladə Hallar Nazirliyinin Binqədi Rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətində nümunəvi çıxışlar nümayiş etdirilib. Təlimlərdə Azərbaycanın hüquq-mühafizə orqanlarının 100-ə yaxın nümayəndəsi iştirak edir. Məqsəd kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, onların aşkar və təhqiq olunması üçün Azərbaycan dövlət təşkilatlarının imkanlarını gücləndirməkdir.


Təlimi müşahidə zamanı ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik bildirdi ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq iki istiqamətdə gedir: «Birincisi, Azərbaycanın NATO-da Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsinə kömək etmək, ikinci isə Azərbaycanın öz quru və dəniz sərhədlərinə nəzarətini yaxşılaşdırmasına kömək etməkdir. Bugünkü təlimlərdə məqsəd Azərbaycana sərhədlərindən qanunsuz keçirilən kimyəvi maddələri aşkarlamağa kömək etməkdir. Bu gün nümayiş etdirilən məşq dediyim ikinci kateqoriyaya aiddir, ABŞ-ın «Kütləvi qırğın silahlarının yayılmasına qarşı beynəlxalq mübarizə proqramı”nın bir hissəsidir».


«Kütləvi qırğın silahlarının yayılmasına qarşı proqram» 1999-cu ildən bəri Azərbaycanda da həyata keçirilir.


XS
SM
MD
LG