Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:42

Bahəddin Həziyev onu döyənlərin cəzasız qalmasından narahatdır


Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində, 19 may 2006
Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində, 19 may 2006

«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev özünün, ailəsinin və rəhbərlik etdiyi qəzetin təhlükəsizliyinin təmin olunması üçün baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.


Bahəddin Həziyev bildirir ki, müraciət etməsinin səbəbi ailəsinə və iş yoldaşlarına olan hədə-qorxu zəngləri ilə bağlıdır. Baş redaktor istintaq işinin ləng getməsindən də narahatdır:


«Həm mənim, həm iş yoldaşlarımın, həm də ailə üzvlərimin həyatına təhlükə var. Həm də ona görə müraciət etmişəm ki, istintaqın gedişini də sürətləndirsinlər, əlavə tədbirlər görsünlər ki, belə hadisə təkrarlanmasın. Qəzet rəhbərliyinə də, ailə üzvlərimə də təzyiqlər var. Demişdilər ki, onlar üçün də yaxşı olmayacaq. Narahatam ki, həmin adamlar cəzasızlıqlarını görüb əlavə addımlar ata bilərlər».


Bahəddin Həziyevin döyülməsiylə bağlı işi aparan müstəntiq Anar Əliyev isə deyir ki, hələ ki, şübhəli bilinən şəxs müəyyənləşdirməyiblər: «İşlər dayanmayıb, gedir, ancaq müsbət nəticə yoxdur».


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevi mayın 18-dən 19-a keçən gecə naməlum şəxslər oğurlayıb döyəndən sonra Masazır gölünün kənarına atmışdılar. Jurnalist həmin gecə səhərə qədər göl kənarında əl-qolu bağlı vəziyyətdə qalmışdı. Aldığı çoxsaylı xəsarətlərə görə hazırda o, 1 saylı Klinik Xəstəxanada müalicə olunur.


XS
SM
MD
LG