Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

Eynulla Fətullayev Sarkoziyə məktub yazıb


Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Fransa prezidenti Nikola Sarkoziyə məktub yazıb.

Bu baradə AzadlıqRadiosuna sentyabrn 22-də Eynulla Fətullayevlə görüşdən qayıdan onun atası Emin Fətullayev məlumat verib.

Emin Fətullayevin sözlərinə görə, məktubda Eynulla Fətullayev Fransa prezidentindən xahiş edir ki, Azərbaycan jurnalistikasının acınacaqlı vəziyyətinə öz diqqətini göstərsin. Eynulla Fətullayev qeyd edir ki, o, Beynəlxalq Amnistiya Təşkilatının vicdan məhbusu kimi tanıdığı insanlardan biridir. Azərbaycanda ondan başqa daha bir redaktor haqsız yerə həbs edilib.

Məktubun sonunda Eynulla Fətullayev belə bir ümid dilə gətirir ki, dünyada müsbət təşəbbüsləri ilə yadda qalan Fransa prezidenti onun müraciətinə də laqeyd qalmayacaq.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrora çağırış, vergidən yayınma və mili ədavəti qızışdırmaqda ittiham edilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG