Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Dindarların məsciddə namaz qılmasına imkan verilməyib


Polis dindarlara məscidə daxil olmağa icazə verməyib
Polis dindarlara məscidə daxil olmağa icazə verməyib
Dekabrın 11-də 70-dən çox dindarın «Fatimeyi Zəhra» məscidində namaz qılmasına imkan verilməyib. AzadlıqRadiosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis bir qrup dindara məscidə daxil olmağa icazə verməyib.

Polis bir neçə dindarı, o cümlədən, əynində mətbuat işçisini fərqləndirən geyim olmasına baxmayaraq, jurnalistləri də saxlayıb. Amma sonradan reportyorlar sərbəst buraxılıb.

«Fatimeyi Zəhra» məscidinin dini icması bu aksiyanın onlara aid olmadığını bəyan edib.

Bir neçə islam yönumlü partiya dekabrın 11-də məscidin qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb, amma meriya bu xahişə müsbət cavab verməyib.

Sabunçu rayon Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qərar verib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayəti təmin etməyib.

XS
SM
MD
LG