Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Azərbaycana oyanış çağırışı


Avropa parlamenti, 14 iyul 2009
Avropa parlamenti, 14 iyul 2009
«Deyəsən Azərbaycan mürgüləyir. Demokratiya öhdəlikləri baxımından Azərbaycanın getdiyi yol pozitiv görsənmir. Qərb bu həlledici, strateji enerji dövləti ilə məşğul olmalıdır, ancaq təkcə Azərbaycan istədiyi kimi yox».

Bunu Britaniyadakı beyin mərkəzlərindən olan «Chatham House» təşkilatının Rusiya və Avrasiya proqramının direktoru Ceyms Niksi deyir.

Tədqiqatçı hesab edir ki, demokratik geriləmədəki daxili məsələlər qırağa qoyulmamalıdır, enerji əməkdaşlığı və Dağlıq Qarabağ problemi müzakirə olunanda, onlara da ayrıca toxunulmalıdır.

Niksi Brüsseldə cümə axşamı qəbul olunan qətnaməni bu baxımdan müsbət istiqamətdə addım hesab edir.

Avropa Parlamentində Azərbaycanda insan haqlarının vəziyyəti haqda qətnamənin həmmüəllifi - almaniyalı deputat Bernd Posselt isə deyir ki, Avropa Parlamenti sadəcə olaraq Azərbaycanın yadına onun öhdəliklərini salır:

Bernd Posselt
«Azərbaycan Avropa Şurasının üzvü kimi insan haqlarına hörmət etməyə məhkumdur. Bunu biz diktə etmirik, buna Azərbaycanın özü qərar verib. Biz Azərbaycan xalqına demək istəyirik ki, hökumət öz öhdəliklərinə əməl etməlidir».

Cümə axşamı müzakirələr zamanı qətnamə əleyhinə çıxan yeganə deputat - italiyalı Fiorello Provera isə hesab edir ki, qətnamə əks nəticə də verə bilər. Bu qətnamə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərdə mövqeyini sərtləşdirə bilər.

Almaniyalı deputat Bernd Posselt:

«Yadıma Sovet dövrü düşür. Onda da Sovet İttifaqı haqda bir tənqidi söz eşidəndə, həmişə deyirdilər ki, bu, kontr-produktiv olacaq. Ancaq olmadı. Bu, azadlıq prosesinin başlanğıcıdır».
XS
SM
MD
LG