Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Amerika diktatorlarla yox, xalqla əlaqə qurmalıdır


Coşua Muravçik AzadliqRadiosunun Praqadakı mənzil-qərargahında
Coşua Muravçik AzadliqRadiosunun Praqadakı mənzil-qərargahında
Coşua Muravçik – Con Hopkins Universitetinin Xarici əlaqələr üzrə araşdırmalar institututnun əməkdaşıdır. Onunla AzadlıqRadiosunun müxbiri Anna Zamejc söhbət edir

Cənab Muravçik, hazırda İranın “yaşıl müxalifəti”nə böyük diqqət var. Belə təsəvvür yaranır ki, İrandakı demokratik proseslər Obama administrasiyasını qayğılandırır. Bəs digər müsəlman ölkələri? Demokratiyanın Azərbaycandakı taleyi ABŞ-ı naraht etmir?

Mən verdiyiniz sualın qoyuluşu ilə razı deyiləm. Mən düşünmürəm ki, ABŞ İrandakı demokratiya ilə maraqlanır. Sadəcə hadisələrin gedişi Amerikanı hazırki mövqeni tutmağa məcbur edib. İrandakı nümayişlər başlayanda Obama nəinki onları dəstəklədi, hətta belə bir fikir irəli sürdü ki, Müsəvi ilə Əhmədinnejad arasında bir fərq görmür. Olduqca yersiz bəyanat idi.

Xatırlayırsınızsa, nümayişə çıxanlar şüarlar səsləndirirdilər: “Obama, ya onların tərəfini tut, ya da bizimlə ol!”

Tərəddüd keçirən Obama gec də olsa İranda demokratiyanı dəstəklədiyini dedi. Amma həmişə də vurğulayırdı ki, İran hakimiyyəti ilə münasibətlərin əsas mövzusu atom məsələsidir.

O ki qaldı digər müsəlman ölkələrinə, o cümlədən Azərbaycanla münasibətlərə, artıq dediyim kimi: Obama həm indiyədək Amerikanın qeyri-müəyyən əlaqələri olan ölkələrlə, həm də bütün Müsəlman dünyası ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Belə olan halda sual doğur, “münasibətlərin yaxşılaşıdırılması” deyəndə nəyi başa düşək? Söhbət hakimyyətlə olan münasibətlərdən gedir, yoxsa əhalidən...

əmin deyiləm ki, Azərbaycan rəhbərliyi desin ki, bizi tənqid etdiyinizə görə Amerikanın investisiyalarından imtina edirik....
Acınacaqlı faktır ki, əhalisinin əksəriyyəti müsəlman olan 47 ölkədən, ancaq 8-ində seçki yolu ilə formalaşan hakimiyyət mövcuddr, bu ölkələrdən isə yalnız 2-si Freedom House təşkilatının hesabatında tam azad ölkə kimi qeyd edilir.

Odur ki, İslam dünyası demokratiyanın kəskin qıtlığı hiss olunan bir sahədir. Bu ölkələrin hakimiyyətləri olduqca vacib dəyər olan insan haqlarına hörmət etmirlər. Prezident Obama da İslam dünyasında əhalinin Amerikaya daha yaxşı münasibətini istəyir.

Lakin mən hesab etmirəm ki, bu məqsədə aparan yol müsəlman ölkələrindəki diktator hakimiyyətləri ilə isti münasibət qurmaqdan keçir.

ABŞ-ın Azərbaycanda böyük enerji maraqları var. Həm bu maraqları güdmək, həm də demokratiyaya kömək tədbirlərini həyata keçirmək mükündürmü?

Məncə mümkündür. Hesab edirəm ki, Amerika istər Azərbaycanda, istərsə də dünyanın başqa yerində demokratiyaya dəstək verməlidir. Amerikanın enerji maraqları birtərəfli proses deyil axı. Azərbaycan da Amerika investisiyalarının ölkəyə cəlb olunmasında, müxtəlif inkişaf proqramlarında iştirak etməkdə maraqlıdır.

Əminəm ki, Azərbaycan hakimiyyəti bu ölkədə insan haqlarının pozulmasına görə Amerikanın səsləndirdiyi tənqidləri sevmir və sevməyəcək də. Amma mən əmin deyiləm ki, Azərbaycan rəhbərliyi desin ki, bizi tənqid etdiyinizə görə Amerikanın investisiyalarından imtina edirik.

Obama administrasiyasının xarici siyasəti əvvəlki administrasiyaların siyasətindən nə ilə fərqlənir, Müsəlman dünyası ilə münasibətdə Obamanın yol verdiyi əsas səhv, Amerikanın düşmənləri arasında heç vaxt demokratik quruluşa malik dövlət olmayıb - bu və digər fikirlər müsahibənin tam mətnində.
XS
SM
MD
LG