Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:55

Rusiya Qırğızıstanın yeni rəhbərliyini tanımağa hazırlaşır


Rusiya Qırğızıstanın yeni rəhbərliyini tanımağa hazırlaşır. ABŞ isə hələ qəti qərara gəlməyib.

Prezident Kurmanbek Bakiyev isə istefa verməsi haqqındakı xəbərləri təkzib edərək, hələ də ölkənin legitim lideri olduğunu bəyan edib. O etiraf edib ki, hazırda Bişkekdə deyil və hər hansı hakimiyyət orqanına nəzarət etmir.

Dünən gecə də Bişkek küçələrində atəş səsləri eşidilib. Lakin yeni tələfat olmayıb.

Rusiyanın baş naziri Vladimir Putin müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya zəng edərək, Qırğızıstana Rusiyanın yardımını təklif edib.

Aprelin 7-də baş verən çevriliş zamanı paytaxt Bişkekdə azı 65 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir. 400-ə yaxın adam xəstəxanalardadır. Müxalifət isə ölənlərin yüzə yaxın olduğunu deyir.

Müxalifət prezident Kurmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda ittiham edir, onun istefasını tələb edirdi.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG