Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

ATƏT Eynulla Fətullayevlə bağlı bəyanat yayıb


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət etməyə, jurnalist Eynulla Fətullayevi həbsdən azad etməyə çağırıb:

«Biz həmişə tələb etmişdik ki, Eynulla Fətullayevin işinə iki əsas hüquq baxımından - media azadlığı və ədalətli mühakimə hüququ baxımından yanaşsınlar. İndi Avropa İnsan Haqları Məhkəməsi həbs edilmiş jurnalistin xeyrinə qərar çıxarıb və bunun yalnız bir nəticəsi ola bilər – dərhal azadlığa buraxılmaq».

Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin işilə bağlı qərar verib. Məhkəmə jurnalistin işində İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 10-cu və 6-cı maddələrinin pozulduğu qənaətinə gəlib. Azərbaycan bu Konvensiyanı 2003-ci ildə təsdiq edib.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamıyla 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamlarıyla onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir. O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.
XS
SM
MD
LG