Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Məxfi sənədlər internetə haradan sızıb?


Pentaqonu bir sual maraqlandırır: məlumatları internetə kim sızdırıb
Pentaqonu bir sual maraqlandırır: məlumatları internetə kim sızdırıb
İyulun 26-da Wikileaks saytı NATO-nun Əfqanıstandakı hərbi əməliyyatları haqda məxfi sənədləri dərc edib. Qərb mətbuatı yazır ki, Pentaqonun məmurları hazırda ancaq bir suala cavab tapmaq istəyirlər: məlumatları internetə kim sızdırıb. Əsas şübhələr hələlik Amerika ordusunun sabiq əsgəri Bradley Manningə yönəlib.

MANNİNGİN KOMPÜTERİ YOXLANILIR


22 yaşlı Manning bir müddətdir ki, ABŞ-ın Küveyt ərazisindəki hərbi həbsxanasında saxlanılır. Bir qədər əvvəl Wikileaks öz səhifəsində Amerika əsgərlərinin vertolyotdan günahsız adamları gülləbaran etməsi haqda məxfi videogörüntülər yerləşdirmişdi. Bu videonun Wikileaksə Manningin verdiyi ehtimal olunur, ona görə də onu həbsdə saxlayırlar.

İndi Pentaqon yeni sənədlərin də Bradley Manning tərəfindən sızdırması versiyasını yoxlayır.

Xəbər verilir ki, Pentagon Manningin kompüterini yenidən yoxlayıb, orada Əfqanıstan haqda məlumatların izlərini axtarır.

ABŞ-IN TƏHLÜKƏSİZLİYİNƏ ZƏRBƏ


Sənədlərin açıqlanması Amerikanın təhlükəsizliyinə ciddi zərbə vura bilərdi
Manning hərbi qulluğunu İraqda çəkib. Hazırda hərbi müstəntiqlər onun Əfqanıstandakı əməliyyatların da sirrlərinə çıxışının olub-olmamasını araşdırırlar.

Hələ iyun ayında «The İndependent» yazırdı ki, Pentaqon hərbi sirrlərin internetə sızdırılması təhlükəsi ilə üzləşib. Hərbi idarənin yaydığı bəyanatda deyilidi ki, bu sənədlərin açıqlanması Amerikanın təhlükəsizliyinə ciddi zərbə vura bilərdi.

260 MİN MƏXFİ SƏNƏD

İraq videosu ilə birlikdə, Manningin Wikileaksə daha 260 000 məxfi sənədin ötürdüyü də ehtimal olunurdu.

Pentaqonun nümayəndəsi hərbi sirrlərin internetə sızdıralmasının geniş şəkildə araşdırıldığını təsdiq edib və etiraf edib ki, Manningin rolunu da istisna etməyib:

«Bu adam haqda ciddi dəqiqləşdirmələr aparırırıq», – deyə Pentaqon nümayəndəsi «Wall Street Journal»a bildirib.
XS
SM
MD
LG