Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:32

Erməni ekspertlər Qarabağ ilə Kosovonu müqayisə edirlər


Kosovonun müstəqilliyini indiyə qədər 69 dövlət tanıyıb.
Kosovonun müstəqilliyini indiyə qədər 69 dövlət tanıyıb.
BMT-nin Haaqa Məhkəməsi Kosovoya dair qərarını açıqlayıb, bildirib ki, onun Serbiyadan ayrılması beynəlxalq hüquqa zidd deyil.

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan deyir ki, məhkəmənin qərarı presedentsizdir və BMT nizamnaməsinə əsaslanır:

«Öz müqəddəratını təyinetmə BMT-nin məqsədlərindən biridir, ərazi bütövlüyü isə bu məqsədə nail olmaq üçün bir prinsipdir».

Separatçı Dağlıq Qarabağın lideri Bako Saakyan isə deyib ki, «Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyini tanıma qərarı beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı da tanıması ilə nəticələnəcəksə, biz bu qərarı alqışlayırıq». O, Haaqa Məhkəməsinin qərarını «mühüm hadisə» adlandırıb. Saakyanın fikrincə, bu qərar yeni siyasi vəziyyət yaradır.

ERMƏNİLƏR NİKBİNDİRLƏR

Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov hesab edir ki, qərar presedentsizdir və separatçı Dağlıq Qarabağın tanınmasına müsbət təsir göstərə bilər:

«İlk dəfədir ki, Beynəlxalq məhkəmə məhz BMT nizamnaməsinə əsaslanaraq xalqların öz müqəddəratını təyinetmə hüququnun ərazi bütövlüyündən daha vacib və yüksəkdə olduğunu hüquqi formaya salıb».

ABŞ və Avropa Birliyi nümayəndələri məhkəmənin qərarının yalnız Kosovoya aid olduğunu və başqa regionlar üçün presedent yaratmadığını bəyan etsələr də, Ermənistanda bir çoxları əmindir ki, bu məsələ oxşar ərazilər üçün presedent ola
Eduard Şarmazanov
bilər.

Beynəlxalq hüquq üzrə ekspert Vartan Poqosyanın fikrincə, Beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyinin qanuniliyini tanıyan qərarı hüquqi cəhətdən bir o qədər əhəmiyyət kəsb etmir:

«Məsələnin siyasi və hüquqi tərəflərini ayırmaq lazımdır. «Presedent» sözü bu qərarın oxşar münaqişələrə təsiri kimi qəbul edilirsə, onda əksini iddia etmək gülüncdür. Əlbəttə təsir mümkündür və yəqin ki, olacaq. Çünki məhkəmənin qərarında bu və ya digər hallara aydınlıq gətirən bir neçə bənd var. Təəssüflər olsun ki, onlar çox deyil ki, suallara dəqiq cavab ala biləsən».

«QARABAĞIN MÜSTƏQİLLİYİ ÜÇÜN ZƏMİN KOSOVONUNKUNDAN AZ DEYİL»


Parlamentin «Daşnaksutyun» fraksiyasının rəhbəri Vaan Ovannisyan Qarabağ münaqişəsi ilə Kosovonu müqayisə edir:

«Hesab edirəm ki, hökm təqdir olunmalıdır. Onda tamamilə aydın qeyd olunur ki, birtərəfli şəkildə müstəqilliyini elan etmə qanunidir, deməli hamı üçün də keçərlidir. Əlbəttə, bundan ötrü zəmin yaratmaq lazımdır. Qarabağın müstəqilliyi üçün zəmin Kosovonunkundan az deyil».

Müxalif Erməni Milli Konqresinin təmsilçisi David Şaxnazaryan Haaqa Məhkəməsinin qərarını «yaxşı fakt» adlandırır, amma hesab edir ki, bu qərarın presedent olub-olmayacağı barədə danışmaq hələlik tezdir:

David Şaxnazaryan
«Hələ ki, presedent olub-olmayacağından danışmaq tezdir. Məhkəmə qərarında siyasi vəziyyəti də qeyd edib - bu vaxta qədər 69 ölkə Kosovonun müstəqilliyini tanıyıb. Daha dəqiq qiyməti isə yaxın vaxtlarda - məhkəmə Abxaziya və Cənubi Osetiya məsələsinə baxanda vermək olacaq».

QƏRARIN PRESEDENT YARATMAYACAĞI BARƏDƏ DEYİLƏNLƏR «SİYASİ BƏYANAT»DIR


Yerevan Dövlət Universitetində Avropa beynəlxalq əlaqələr kafedrasının müdiri Viqen Koçaryan Haaqa Məhkəməsinin qərarını çox vacib sayır. Onun fikrincə, qərarda bilavasitə Qarabağ münaqişəsinin dinc yolla həllinə dair şərhlər var. Koçaryan ABŞ və Avropa Birliyinin qərarın presedent ola bilməyəcəyi barədə dediklərini «siyasi bəyanat» adlandırır:

«Məhkəmə birmənalı olaraq xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyıb və qeyd edib ki, müqəddəratını təyinetmə beynəlxalq hüququn pozulması hesab edilə bilməz».
XS
SM
MD
LG