Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Generallar həbs edilmədi


Həbsinə qərar verilmiş 101 nəfərdən 52-si general idi
Həbsinə qərar verilmiş 101 nəfərdən 52-si general idi
İstanbulun 12 saylı Ağır Cəza Məhkəməsi 101 yüksək rütbəli hərbçi haqqında həbs hökmünü ləğv edib.

«Balyoz» hərbi çevriliş planı iddiası ilə əlaqədar iyulun 23-də onlar barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onlar arasında keçmiş Hava Qüvvələri komandanı İbrahim Fırtına, keçmiş Dəniz Qüvvələri komandanı Özden Örnek, Baş Qərargah rəisinin sabiq müavini Ergin Saygun, 1-ci ordunun sabiq komandanı Çetin Doğan da var idi. Ç. Doğan iki dəfə həbs edilsə də, vəkillərin etirazından sonra sərbəst buraxılıb. O, hal-hazırda xəstəxanadadır.

Həbsinə sanksiya verilmiş hərbçilərin bir qismi Türkiyənin cənub-şərqində terrorla mübarizə aparan hərbi hissələrə komandanlıq edir.
XS
SM
MD
LG