Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Bayraqları bayraq yapan...


Xaliq Bahadır
Xaliq Bahadır
Torpaq bütünlüyü itirilən yerdə hansı bayraqdan danışmaq olar?

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında publisist Xaliq Bahadır deyib. Onun sözlərinə görə, ən uca bayrağın yaradılması sadəcə şoudur.

«Bayraq xalqın, ölkənin simvoludur. Xalqın hüquqları tapdanırsa, ölkəni rüşvət, korrupsiya bürüyübsə, dövlət korrupsiya dövlətinə çevrilibsə, orada bayraqdan danışmağa dəyməz. Orada bayraq sevgisindən danışmağa dəyməz. Bu gün baş verənlər hamısı şoudur. Əliyevlər hakimiyyətinin, Əliyevlər rejiminin çoxsaylı şoularından biridir. Bu yolla xalqı aldatmağa çalışırlar. Böyük dirəklərdə bayraqlar qaldırırlar. Bunun xalqa dəxli yoxdur».
Niyazi Mehdi


Publisist deyir ki, ilk növbədə bu ölkədə xalqın hüquqları qorunmalıdır ki, onların dövlətlərinə qarşı sevgiləri artsın və milli qürur hissi oyansın.

MƏN ELƏ BİR ADAM TANIMIRAM O BAYRAQLA QÜRUR DUYA

«Birinci xalqın hüquqları qorunmalıdır. Bundan sonra dövlət özünü sosial dövlət olaraq göstərməlidir. Yəni xalqın sosial hüquqları ayrıca olaraq qorunmalıdır. Xalqın sosial hüquqlarına ayrıca olaraq zəmanət yaranmalıdır. Xalq onda düşünməlidir ki, bu, mənim ölkəmdir, bu mənim dövlətimdir, bu mənim bayrağımdır. Yəni onunla doğrudan-doğruya qürur duyğusu keçirməlidir. İndi Azərbaycanda mən elə bir adam tanımıram ki, o bayraqla qürur duyğusu keçirə. Başqa bir faktora da mən toxunmaq istəyirəm. Bu gün Azərbaycan torpağı parçalanmış durumdadır. Azərbaycan özünün torpaq bütünlüyünü itirib. Torpaq bütünlüyü itirilən yerdə hansı bayraqdan danışmaq olar?»

Filosof Niyazi Mehdi də publisistin dediklərini təsdiqlədi:
Murad Köhnəqala

BAYRAĞI NECƏ SEVMƏLİ?


«Bayrağa sevgi abstrakt şəkildə yaranmır. Bu ölkədə gərək yaşamaq sərfəli olsun bu adamlara insan haqları baxımından, maddi baxımından, onda bayrağı sevəcəklər də, şərəf də duyacaqlar. Mən bu uca bayrağın olması məsələsinin üstündən tamamilə xətt çəkmirəm. Çünki mənim özümdə son vaxtlar belə bir fikir yaranıb ki, Azərbaycanda imkan daxilində dünya üçün maraqlı olan hadisələri yaratmaq. Yəni bu ən uca bayraqdırsa, yəni Ginnesin kitabına düşəcəksə, buna dəyərli bir şey kimi baxıram. Hərçənd əgər mənimlə kimsə mübahisə etsə ki, indiki vəziyyətdə, problemlərin bu qədər olduğu bir vəziyyətdə dəyərmi bu qədər pulu buna xərcləmək? Mən deyə bilmərəm o mübahisədə mən qalib gələ bilərəm. O mübahisədə mən bayrağın tərəfdarı kimi çıxış da edə bilmərəm».

Publisist Murad Köhnəqala da bu uca bayrağı əhəmiyyətsiz adlandırıb.

«Mən bu uca bayrağı görəndə fikirləşdim ki, İlham Əliyevin də ağlı bu Elman Bayraqdarın ağlı boydadır. Bunlar elə eyni ağıldadırlar. Biri əlinə ağacları alıb uzada-uzada gedir, hər yerdə çıxarır bayrağı. Bu bayraq hər bir millətin şərəfidir. Mənim fikrimcə lazımsız, israfçı şeydir bu».
XS
SM
MD
LG