Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

Baş nazir üzr istədi, amma Qahirədə qarşıdurma səngimir


Qahirədə müxalifət fəalları ilə prezidentin tərəfdarları arasında toqquşma, 3 fevral 2011
Qahirədə müxalifət fəalları ilə prezidentin tərəfdarları arasında toqquşma, 3 fevral 2011

MÜXALİFƏTİ TAHRİR MEYNDANINDA SIXIŞDIRILAR

Misirdə toqquşmalar davam edir. Ən son xəbərlərə görə, prezidentin tərəfdarları etirazçıları Təhrir meydanından sıxışdırıb çıxarır.

Mübarək tərəfdarları Qahirə, Aleksandriya, və başqa şəhərlərdə hadilsələri işıqlandıran xarici jurnalistlərə də hücum edir, onları döyür və qarət edirlər. ABŞ Dövlət Departamenti bəyanat verib və təşkil olunmuş bu hücumları dərhal dayandırmağa çağırıb.

YENİ HÖKUMƏT KEÇMİŞ NAZİRLƏRİN HESABLARINI DONDURUB

Baş Prokurorluq isə bildirib ki, keçmiş Daxili İşlər, Turizm və Evlər nazirləri, hakim partiyanın bir neçə yüksək vəzifəli rəsmisinin hesabları dondurulub.

Shafiq müxalifəti danışıqlara da cağırıb. Ancaq müxaliftə liderlərindən Məhəmməd ElBaradei və “Müsəlman qardaşlığı” təşkilatından deyiblər ki, prezidetn Mübarək istefa verməyənə qədər danışığa getməyəcəklər.

Bu arada Avropa Birliyi adından birgə bəyanat verərək ABŞ-ın çağırışına qoşulublar və “Misirdə təcili və dinc hakimiyyət dəyişikliyi”nə çağırıblar.

BAŞ NAZİR ÜZR İSTƏYİR


Qahirədəki etirazçılar və prezidentin tərəfdarlarını ayırmaq üçün Ordu araya girib, təhlükəsizlik zonaları yaradır. Ancaq Təhrir meydanı və yaxınlığında tərəflər bir-birlərini daşa basır, toqquşmalar davam edir. Mübarək tərəfdarlarının hadilsələri işıqlandıran xarici jurnalistlərə də hücum edir, onları döyür və qarət edirlər.

Misir rəsmiləri gecə baş verən toqquşmalarda 5 nəfərin həlak olduğunu, 800 nəfərin yaralandığını bildirib. BMT-nin təxminlərinə görə isə etirazlar başlayandan Misirdə 300 nəfər həlak olub. Mübarəkin yeni təyin etdiyi Baş nazir Ahmed Shafig zorakılığa görə üzr istəyib və baş verənlərin araşdırlacağı və cəzalandırılacağına söz verib. Shafiq müxalifəti təcili anışıqlara da cağırıb.

Ancaq müxaliftə liderlərindən Məhəmməd ElBaradei və “Müsəlman qardaşlığı” təşkilatı çağırışa rədd cavabı veriblər, deyiblər ki,

Misir hadisələri


Misir görüntüləri
prrezidetn Mübarək istefa verməyənən qədər danışığa getməyəcəklər.

ƏSGƏR ARAYA GİRMƏYƏ ÇALIŞIR


Əsgərlər prezident Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhidarlarını ayırmağa cəlb edilib. Bu günkü toqquşmada bir neçə nəfərin öldüyü bildirilir.

Aksiya iştirakçıları bu gecə Qahirənin Təhrir meydanında baş verən atışmaya görə, prezidentin tərəfdarları ilə mülki geyimdə olan polisləri günahlandırıb.

Baş nazir Ahmed Shafiq bu günkü hadisəyə görə üzr istəyib və müxalifət liderlərini danışığa dəvət edib. Ancaq tanınmış müxalifət lideri Mohamed ElBaradei və Müsəlman Qardaşlığı təşkilatı bu çağırışı qəbul etməyib və birinci növbədə prezidentin istefaya getməli olduğunu bildiriblər.

ABŞ Misiri təcili islahatlara çağırıb. 5 Avropa Birliyi ölkəsi – Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya birgə bəyanatla çıxış edərək, zorakılığa son qoymaq üçün təcili siyasi dəyişikliklərə çağırıb.

QAHİRƏ FEVRALIN 3-DƏ FOTOLARDA
Qahirədə müxalifət fəalları ilə prezident tərəfdarlarının qarşıdurması, 3 fevral 2011


TƏRƏFLƏR HƏLƏ BİR-BİRİNİ DAŞA BASIR

Fevralın 3-də səhər saatlarında Qahirənin Təhrir meydanında yenidən prezident Hüsnü Müabrəkin tərəfdarları ilə əleyhidarları arasında toqquşma olub, atışma səsləri eşdilib. Bir neçə nəfərin öldüyü bildirilsə də, dəqiq say açıqlanmayıb.

Səhiyyə nazirliyi dünəndən bəri toqquşmalarda 5 nəfərin, Al-Arabiya televiyası isə azı 10 nəfərin öldüyünü bildirib.

Bu gün televiziya Qahirənin mərkəzində mülki geyimli şəxslərin qoşun birləşmələri tərəfindən həbs edildiyini göstərib.

Toqquşmalardan əvvəl president Hüsnü Mübarək bildirib ki, sentyabr ayında keçiriləcək seçkilərə qatılmayacaq.

Bu arada Misirin vitse-prezidenti Ömər Seleymanla ABŞ Dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Klinton zorakılığı pisləyib və Misiri zorakılıq törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Misir hadisələri
Misir görüntüləri



YƏMƏNDƏ DƏ ETİRAZLAR BAŞLAYIR

Minlərlə adam fevralın 3-dəYəmən paytaxtı Sənada etiraz askiyasında bir araya gəlb. Onlar president Ali Abdullah Salehin 30 illik hakimiyyətinə son qoyulmasını tələb edirlər.

Məlumatda bildirilir ki, təxminən 20 min nümayişçi şəhərin müxtəlif hissələridə cəmlənib.

Bu arada president tərəfdarları da bu gün mırkızi meydanda toplaşıb.

Tunis və Misirin ardınca Yəməndə neçə gündür etiraz aksiyaları keçirilib.

Prezident bildirib ki, 2013-cü ildə səlahiyyələti bitəndən sonra yenidən seçkilərə qatılmayacaq.

Həmçinin küçə etirazlarına son qoymaq üçün hakimiyyəti oğluna da ötürməyəcəyini bildirib.
XS
SM
MD
LG