Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:57

Misirdə hakim partiyanın rəhbərliyi istefa verdi


Misirdə müxalifət fəalı prezident tərəfdarlarının atdığı daşlardan başını qazanla qoruyur, 5 fevral 2011
Misirdə müxalifət fəalı prezident tərəfdarlarının atdığı daşlardan başını qazanla qoruyur, 5 fevral 2011
AZADLIQRADIOSUNUN MÜXBIRLƏRI AZAD EDILDI

AzadliqRadiosunun Praqadakı baş ofisinin Misirdə həbs edilmiş müxbirləri fevralın 5-də azad edilib. Radionun hər ikisi Britaniya vətəndaşları olan iki müxbiri bir gün öncə Qahirədə həbs edilmişdilər.

Misirdə baş verən inqilabı işıqlandırmağa getmiş müxbirləri polisin müşayiətində hava limanına aparıb, oradan təyyarə ilə geri yola salıblar.

Müxbirlər son bir gündə onlara məlum olmayan yerdə saxlandıqlarını, amma pis rəftarla üzləşmədiklərini deyirlər.

PREZIDENTIN OĞLU DA DAXIL OLMAQLA HAKIM PARTIYANIN RƏHBƏRLIYI DƏYIŞIB

Qərb agentlikləri Misirdəki mənbələrə istinadla xəbər verirlər ki, Misir prezidenti Hüsnü Mübarəkin oğlu hakim Milli Demokrat Partiyasının sədrliyindən istefa verib. Agentliklər əvvəlcə prezidentinözünün də partiya sədrliyindən istefa verdiyini yazıblar, amma sonradan bu məlumat təsdiq edilməyib.
Tahirir meydanında namaz, 4 fevral 2011
Hakim partiyaya yeni seçilən Baş katib Hossam Badrawi partiyada liberal qanadın təmsilçisi sayılır.

(Fotosessiyaya burada baxa bilərsiniz)

ƏRƏB ÖLKƏLƏRININ “STRATEJI ÖNƏMINDƏ DƏYIŞIKLIK” OLUR?

ABŞ Dövlət Katibi Hillari Klinton bildirir ki, “strateji önəmində dəyişiklik” ərəb ölkələrini daha güclü və xalqlarını daha firavan edəcək. Bununla həm də onlar ekstremist ideologiyalardan daha yaxşı qoruna biləcəklər.

Klinton fevralın 5-də Münhendə beynəlxalq təhlükəsizlik konfransında bu barədə danışıb. Konfransda bir neçə Avropa ölkəsinin lideri ilə birlikdə Klinton da Misir prezidenti Hüsnü Mübarəki etiraz askiyası iştirakçılarının islahatlar tələbini dinləməyə çağırıb.

Britaniyanın Baş naziri David Cameron da həmin toplantıda bildirib ki, uzun çəkən dəyişiklik Misirdə arzuedilməz proseslərin başlanmasına gətirib çıxara bilər. Bu da Qərbin arzuladığı Misir deyil.

MÜBARƏK ÖZÜNÜNÜ IQTISADIYYAT KOMANDASI ILƏ GÖRÜŞÜB

Tahirir meydanında dincələn etirazçılar, 5 fevral 2011

Fevralın 5-də Misirin prezidenti Hüsnü Mübarək özünün iqtisadiyyat komandasının üzvləri ilə görüşüb.

Informasiya agentliykləri yanvarın 25-də prezidentin istefası tələbilə kütləvi etiraz askiyaları başlayandan bu yana ölkə iqtisadiyyatına 3.1 milyard dollar ziyan dəydiyini xəbər verirlər.

Aksiya bir qədər zəifləsə də hələ müxalifət fəalları Tahirir meydanındadırlar. Müxalifət liderləri prezident istefa verənə qədər etirazların davam edəcəyini deyirlər.

MİSİRDƏN İSRAİLƏ GEDƏN QAZ KƏMƏRİ PARTLADILIB


Fevralın 5-də Misirdən İsrail və İordaniyaya qaz nəql edən kəmər partladılıb. Misirin dövlət televiziyası partlayışı terrorçuların törətdiyini bildirib, amma konkret hər hansı qrupun adı çəkilməyib.

Qərb mediası partlayışın Misirn Qəzza ilə sərhədinin 10 kilometrliyində baş verdiyini yazır.

VİTSE-PREZİDENT DANIŞIQLARA HAZIRLAŞIR

Misirin vitse-prezidenti Ömər Sülymanın fevralın 5-də müxalifət liderləri ilə müzakirələrə başlaması gözlənir.
Misir hadisələri
bütün yazılar

Mövzunu burada müzakirə edin


Misir görüntüləri
video
foto



Vitse-prezident ölkədə hakimiyyətin dinc yolla ötürülməsi prosesini müzakirə etməlidir.

İki həftəyə yaxındır kütləvi etiraz aksiyaları ilə üzləşmiş Misir prezidenti Hüsnü Mübarək istefa verə biləcəyini, amma bundan sonra ölkədə xaos yarana biləcəyindən qorxduğunu deyib.

Mübarək bundan əvvəlki çıxışında indiki prezidentlik müddətinin sonunda – bu ilin sentyabrında keçiriləcək yeni prezident seçkisində iştirak etməyəcəyini bəyan edib. Vitse-prezident deyib ki, heç onun oğlu da qarşıdakı seçkiyə qatılmayacaq.

Müxalifətin dünəndən başladığı vida cüməsi adlı etiraz askiyası ilə bir qədər zəifləsə də hələ də Qahirədə etirazlar davam edir.
Tahirir meydanı, 5 fevral 2011

Eyni zamanda ABŞ prezidenti Barak Obama da Hüsnü Mübarəkin siyasi böhranı aradan qaldırmaq üçün “düzgün qərar” qəbul edəcəyinə inandığını deyib.

AVROPA BİRLİYİ MÜBARƏKLƏ DANIŞIQLARA NÜMAYƏNDƏ GÖNDƏRİR

Yunanıstanın Baş naziri George Papandreou bildirib ki, bazar günü Qahirəyə gedib Avropa Birliyi adından Mübarəklə danışıqlara başlayacağını deyib.

JURNALİSTLƏR YENƏ HƏDƏFDƏ


Eyni zamanda Əl-Cəzirə televiziyası xəbər verib ki, onun Qahirədəki ofisləri hücuma məruz qalıb, kompyuterlər, ofis avadanlıqları yandırılıb.

AzadliqRadiosunun Praqadakı baş ofisinin iki əməkdaşı da Misirdə həbs edilib.

BU MÖVZUDA FİKİRLƏRİNİZİ GÖNDƏRİN, BURADA MÜZAKİRƏ EDƏK!
XS
SM
MD
LG