Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:26

Polislərin göstərişinə əməl etməyən sürücü


Fevralın 25-də Sumqayıt şəhər məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanın tutulma vaxtı yol verilmiş qanun pozuntuları üzrə məhkəmə prosesi baş tutub. Vəkil Anar Qasımovun AzadlıqRadiosuna verdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı verdikləri şikayət təmin olunmayıb:

«Biz məhkəmədən çıxandan sonra xəbər tutduq ki, 5 nəfəri tutublar. Bizə də təzyiq göstərilir. Vəkillər mətbuata müsahibə verərkən, müdaxilə olundu. Məhkəmənin əhatəsinə heç bir adamı yaxın buraxmayıblar. Hətta, mən məhkəməyə daxil olarkən, yol polisləri tərəfindən içəri daxil olmağıma icazə verilmədi. Uzun müzakirə etdikdən və vəkil olduğumu biləndən sonra içəri daxil ola bildim».

Vəkilin sözlərinə görə, Sumqayıt şəhər Məhkəməsinin qərarından 3 gün ərzində apellyasiya şikayəti veriləcək.

Anar Qasımov bildirib ki, fevralın 23-də Sumqayıt Məhkəməsi Cabbar Savalanlının həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasıyla bağlı iddianı da təmin etməyib. Fevralın 25-də vəkil həmin qərardan da apellyasiya şikayəti verib.

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının məhkəməsi önündə saxlanılan müxalifətçiləri polis yaxınlıqdakı mikroavtobusa mindirsə də sürücü maşını sürməkdən imtina edib.

Sürücü mikroavtobusun açarını da polislərə verməyib.

Polislərin göstərişlərinə əməl etməyən sürücü bildirib ki, o xəstə oğlunun dalınca gedir və avtobusdakıları harasa aparmaq imkanı yoxdur.

Göstərişə əməl etmədiyinə görə sürücü və aksiya keçirən dörd AXCP üzvü mikroavtobusdan düşürdülərək polis maşınları ilə Sumqayıt şəhər 3-cü polis bölməsinə aparılıb.

Axşam saatlarında sürücü və partiya üzvləri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Hadisə yerindən görüntülər:



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, bir qrup şəxs Sumqayıt şəhər məhkəməsinin binasına toplaşaraq hay-küy salmaqla ictimaiyyətin diqqətini cəlb etmək və bununla da məhkəmə prosesinin normal gedişatına təzyiq göstərmək istəmişlər:

«İctimai asayişin təmini ilə məşğul olan polis əməkdaşları öz vəzifələrini yerinə yetirərək həmin şəxsləri məhkəmə binasından kənarlaşdırılmışdır. Bu zaman ictimai qaydanı pozmuş 4 nəfər saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 3 cü polis bölməsinə gətirilmişdir. Onlar inzibati məsulliyyətə cəlb olunaraq xəbərdarlıq edilməklə sərbəst buraxılmışdır».

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG